11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS hələ atəşkəs təklifinə cavab verməyib - Tramp

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.

2 İyul 2025 10:38
HƏMAS hələ atəşkəs təklifinə cavab verməyib - Tramp

BAKI, AzerVoice

Trampdan HƏMAS-a atəşkəs xəbərdarlığı- Vəziyyət daha da pisləşəcək.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.

Lakin HƏMAS-ın hələlik bu təklifə cavab vermədiyini bildirən Tramp, razılaşmanın qəbul edilməsinin vacib olduğunu, əks halda vəziyyətin daha da ağırlaşacağını xəbərdar edib.

Tramp Truth Social platformasındakı paylaşımında nümayəndələrinin İsrail rəsmiləri ilə “uzun və məhsuldar” görüş keçirdiyini, atəşkəs müddətində müharibənin sona çatdırılması üçün bütün tərəflərlə əməkdaşlıq ediləcəyini vurğulayıb. O, atəşkəs danışıqlarında vasitəçi olan Qətər və Misirin HƏMAS-a “son təklif” verəcəyini bildirib.

Eyni zamanda, Qəzzadakı vəziyyətin kritik olduğu, xüsusən Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyyenin elektrik enerjisinin kəsilməsinin xəstəxanaların fəaliyyətini dayandıraraq insan itkilərinə səbəb ola biləcəyini xəbərdar etməsi diqqət çəkir.

Belə ki, ABŞ-ın İsraildə ifrat sağçıların mövqeyini yumşaltmaq üçün atəşkəs müqabilində Təl-Əvivə regional siyasi güzəştlər təqdim edəcəyi iddiaları yayılır. Haaretz qəzetinin mənbələrinə görə, ABŞ İsrailə Suriyada bəzi mövqelərdən çəkilməyi, xüsusilə Qolanın şərq yamaclarından uzaqlaşmağı təklif edib. Ancaq Hermon dağından çəkilmək məsələsi hələ razılaşdırılmayıb.

Səudiyyə Ərəbistanının hələlik İsraillə normallaşma prosesinə qatılmaq istəmədiyi, amma atəşkəsin həm Tramp, həm də Netanyahu üçün siyasi fayda təmin edə biləcəyi bildirilir.

Qeyd edək ki,İsrail baş naziri Netanyahu gələn həftə ABŞ-a səfər edərək Tramp və digər yüksək vəzifəli rəsmilərlə, o cümlədən vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ticarət naziri Hovard Lutniklə görüşəcək.Onlar ticarət razılaşmaları və təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin Konqres liderləri ilə danışıqlar aparacaqlar.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Donald Tramp #HƏMAS #atəşkəs #Tramp administrasiyası #Atəşkəs çağırışı #HƏMAS İsrail münaqişəsi #İsrail və Qəzza

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.