10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp administrasiyasında Ukrayna qərarı böhran yaradıb

ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarı Tramp administrasiyasının daxilində və bəzi Respublikaçı konqres üzvləri arasında gözlənilməz narahatlığa səbəb olub.

3 İyul 2025 12:39
Tramp administrasiyasında Ukrayna qərarı böhran yaradıb

BAKI, AzerVoice

Tramp administrasiyasında Ukrayna qərarı böhran yaradıb.

AzerVoice xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarı Tramp administrasiyasının daxilində və bəzi Respublikaçı konqres üzvləri arasında gözlənilməz narahatlığa səbəb olub.

“Politico” nəşrinin yazdığına görə, bu qərarın bir çox yüksək vəzifəli şəxsdən xəbərsiz şəkildə verildiyi iddia olunur.

Adlarının açıqlanmasını istəməyən altı müxtəlif rəsmi bildirib ki, Ukraynaya göndərilməsi planlaşdırılan hərbi sursatların bir hissəsinin saxlanılması qərarı Müdafiə Siyasəti üzrə müşavir Elbric Kolbi və kiçik bir məsləhət qrupu tərəfindən, məhdud dairədə qəbul olunub. Rəsmilər bu qərarın ABŞ-ın bəzi silah ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar fonunda verildiyini bildiriblər.

Mənbələrə görə, qərar nə Dövlət Departamenti, nə də Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun komandası ilə məsləhətləşmədən həyata keçirilib. Hətta Polşada yüklənməyə hazır olan bəzi hərbi sursatların geri çağırılmasından əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi də bu qərardan xəbərsiz olub.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə dünən açıqlamasında Pentaqonun hərbi yardımlarla bağlı daxili araşdırma apardığını təsdiqləyərək bildirib ki, bu qərar ABŞ-ın maraqlarını ön plana çəkmək məqsədilə qəbul olunub.

Qeyd edək ki, Ukraynaya silah yardımı məsələsi Tramp administrasiyası dövründə həm daxildə, həm də beynəlxalq müstəvidə diqqət mərkəzində qalmaqda davam edir. Dayandırılmış tədarüklərin Ukraynadakı vəziyyətə təsiri isə yaxın günlərdə daha aydın görünəcək.

Məqalədə: #ABŞ #Ukrayna #Pentaqon #Ağ Ev #silah yardımı #silah ixracı #ABŞ-Ukrayna münasibətləri #Trampın Ukrayna siyasəti #ABŞ Müdafiə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.