4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT Qəzzadakı böhrandan narahatdır

BMT-nin baş katibi Antonio Quterreş Qəzzada həyatın son şərtlərinin məhv edilməsindən narahatlığını ifadə edib və 2023-cü ilin oktyabr ayından bəri davam edən müharibənin bölgədəki humanitar böhranı daha da dərinləşdirdiyini bildirib.

3 İyul 2025 22:09
BMT Qəzzadakı böhrandan narahatdır

BAKI, AzerVoice

BMT-nin baş katibi Antonio Quterreş Qəzzada həyatın son şərtlərinin məhv edilməsindən narahatlığını ifadə edib və 2023-cü ilin oktyabr ayından bəri davam edən müharibənin bölgədəki humanitar böhranı daha da dərinləşdirdiyini bildirib.

AzerVoice-un məlumatına görə, bu haqqda Quterreşin sözçüsü Stefan Dujarrik bildirib.

O qeyd edib ki, baş katib İsrailin məcburi köçkünlərin sığındığı yerlərə və ərzaq yardımı axtaran fələstinlilərə qarşı hücumlarını pisləyib.

Quterreş xəbərdarlıq edib ki, Qəzza artıq 17 həftədən çoxdur ki, yanacaq almır və bu da bölgədə həyatın son damarının kəsilməsi deməkdir. O vurğulayıb ki, təcili yanacaq təmin olunmazsa, xəstəxanalardakı körpə inkubatorları dayanacaq və təcili yardım maşınları yaralıları xilas edə bilməyəcək.

O, İsrailin təxminən 30 min nəfəri bir gündə evlərini tərk etməyə məcbur edən təxliyə əmrlərini də qınayıb və fələstinlilərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardımın təhlükəsiz və daimi girişinin təmin olunmasının vacibliyini vurğulayıb.

Quterreş əlavə edib ki, BMT və ona bağlı qurumların bu cür yardım əməliyyatlarını təhlükəsiz şəkildə çatdırmaq üçün artıq sınaqdan çıxmış və effektiv planları mövcuddur və bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağırıb.

Fələstin KİV-lərinin verdiyi məlumata görə, bu gün səhərdən bəri İsrailin Qəzzaya hücumları nəticəsində azı 91 nəfər ölüb. Beləliklə, müharibənin əvvəlindən bəri İsrailin hücumlarında ölənlərin sayı 57 130 nəfərə çatıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #BMT #Antonio Quterreş #humanitar böhran #Qəzzada humanitar böhran

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
14:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.