9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Ukrayna və Rusiya arasında əsirlərin dəyişdirilməsi prosesi İstanbulda 2 iyun tarixində keçirilən danışıqlarda əldə olunan razılaşmalar əsasında davam edir.

4 İyul 2025 17:26
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

BAKI, AzerVoice

Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi həyata keçirilib.

AzerVoice xəbər verir ki, Ukrayna və Rusiya arasında əsirlərin dəyişdirilməsi prosesi İstanbulda 2 iyun tarixində keçirilən danışıqlarda əldə olunan razılaşmalar əsasında davam edir.

Tərəflər bu dəfə də həm hərbi, həm də mülki şəxsləri əhatə edən yeni məhbus mübadiləsi həyata keçiriblər.

Ukrayna Prezidenti Vladimir Zelenski verdiyi açıqlamada, azad edilən əsgərlərin bir çoxunun 2022-ci ildən bu yana Rusiya tərəfindən əsir saxlandığını bildirib. O, azad edilənlər arasında mülki şəxslərin də olduğunu vurğulayaraq, bu prosesin davam etməsinin vacibliyini qeyd edib və razılaşmanın həyata keçməsində rol oynayan hər kəsə təşəkkürünü bildirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi də Ukraynanın nəzarətində olan bölgələrdən daha bir qrup rus əsgərinin geri qaytarıldığını açıqlayıb. Məlumata görə, həmin əsgərlər əvvəlcə Belarus ərazisinə gətirilib, oradan isə Rusiyaya təhvil veriləcək.

Hər iki tərəf mübadilə edilən əsgərlərin dəqiq sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, İstanbul danışıqları çərçivəsində tərəflər arasında dondurulmuş cəsədlərin təhvili, 25 yaşdan aşağı və ya ağır vəziyyətdə olan əsirlərin qarşılıqlı mübadiləsi üzrə razılaşma əldə olunmuşdu. Həmin razılaşmaya əsasən, iyun ayı ərzində bir neçə mərhələli dəyişdirmə prosesi həyata keçirilib.

Məqalədə: #Rusiya #Ukrayna #Zelenski #əsir mübadiləsi #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Məhbus mübadiləsi #Rusiya Ukrayna danışıqları

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.