6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da Respublikaçılar partiyası İlon Maskdan narahatdır

ABŞ-da hakim Respublikaçılar Partiyasının üzvləri, İlon Maskın 2026-cı ildə keçiriləcək Konqres seçkilərində onların mövqelərini zəiflədə biləcəyindən narahatdırlar.

5 İyul 2025 19:53
ABŞ-da Respublikaçılar partiyası İlon Maskdan narahatdır

BAKI, AzerVoice

ABŞ-da hakim Respublikaçılar Partiyasının üzvləri, İlon Maskın 2026-cı ildə keçiriləcək Konqres seçkilərində onların mövqelərini zəiflədə biləcəyindən narahatdırlar.

AzerVoice xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Son həftələrdə İlon Mask, dövlət borcunun yuxarı həddinin 5 trilyon dollar artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini dəstəkləyən respublikaçıları sərt şəkildə tənqid edib. Hazırda ABŞ-ın dövlət borcu 36 trilyon dolları ötüb. Mask bildirib ki, həmin qanun layihəsinə səs verən respublikaçı qanunvericilərin rəqiblərinə 2026-cı il aralıq seçkilərində dəstək verməyə hazırdır. O, səylərini əsasən ilkin seçkilərə yönəldəcəyini açıqlayıb. Bu mərhələdə respublikaçılar, Demokratlarla rəqabət aparacaq namizədləri seçirlər.

Nəşr yazır ki, bir çox respublikaçı Maskın bu açıqlamalarını qeyri-konstruktiv sayır. Onların fikrincə, əgər Mask təhdidlərini reallaşdırarsa, bu, onsuz da tarixi baxımdan hakim partiyalar üçün əlverişli olmayan bir mühitdə resursların parçalanmasına gətirib çıxara bilər. Respublikaçılar Partiyasının Senat seçkiləri üzrə ixtisaslaşmış siyasi müşaviri bildirib ki, partiyadaxili mübarizəyə külli miqdarda resurs xərcləmək, aralıq seçkilərdə ən dağıdıcı davranış nümunələrindən biridir və bu, tez-tez uğursuzluqlarla nəticələnir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 4-də sözügedən qanun layihəsini imzalayıb. Layihə iyulun 1-də Senatda, iyulun 3-də isə Nümayəndələr Palatasında qəbul olunub. Respublikaçılar hər iki palatada hazırda çoxluğa sahibdirlər. Qanun layihəsi Vaşinqton administrasiyasının təşəbbüsü ilə hazırlanıb və bir sıra sahələr üzrə vergi və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, müdafiə sahəsinə, xüsusilə “Golden Dome” (Qızıl Günbəz) adlı raketdən müdafiə sisteminin yaradılmasına böyük maliyyə ayrılması planlaşdırılır. Həmçinin sərhəd nəzarətinin gücləndirilməsi və bu istiqamətdə xərclərin artırılması da layihəyə daxil edilib.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #ABŞ Konqresi #seçkilər #Qanun layihəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.