5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp və Netanyahu Qəzzadan fələstinlilərin deportasiyasını müzakirə edib

Tramp və Netanyahu Qəzzadan “könüllü köç” planını müzakirə ediblər.

8 İyul 2025 15:41
Tramp və Netanyahu Qəzzadan fələstinlilərin deportasiyasını müzakirə edib

BAKI, AzerVoice

Tramp və Netanyahu Qəzzadan “könüllü köç” planını müzakirə ediblər.

AzerVoice xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında keçirilən son görüşdə Qəzzada atəşkəs danışıqları ilə yanaşı, fələstinlilərin başqa ölkələrə “könüllü köç” adı altında sürgün edilməsi məsələsi də müzakirə olunub.

Yüksək səviyyəli siyasi mənbələrin verdiyi məlumata görə, Dohada davam edən atəşkəs danışıqları bir həftədən artıq çəkə bilər. Həmin mənbələr qeyd edir ki, hazırda masada olan atəşkəs təklifi İsrailin şərtlərinin 80-90 faizinə cavab verir.

Mənbələrdən biri Trampın Qəzzadan fələstinlilərin çıxarılması planına dəstəyinin İsraildə müsbət qarşılandığını və müstəqil Fələstin dövlətinin qurulmasının bu prosesdə gündəmdə olmadığını bildirib.

ABŞ prezidenti Tramp, Qəzzada 60 günlük atəşkəs üçün İsrailin lazım olan şərtləri qəbul etdiyini bəyan edib. Danışıqlarda vasitəçi kimi çıxış edən Qətər və Misir tərəflərinin HƏMAS-a “son təklif”i təqdim edəcəyi bildirilib.

HƏMAS isə İsraillə atəşkəs və məhbus mübadiləsi ilə bağlı təklifə müsbət cavab verdiyini və danışıqlara hazır olduğunu açıqlayıb. Bununla belə, Təl-Əviv administrasiyası Qətərin atəşkəs təklifində etdiyi dəyişiklikləri qəbul etmədiyini bildirib, lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Dohaya gedib.

Qeyd edək ki, İsrailin Qəzzada HƏMAS-ın hakim olmadığı, silahların yerə qoyulduğu və liderlərinin sürgün edildiyi yeni idarəetmə quruluşu yaratmağa çalışdığı barədə məlumatlar yayılıb. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun planına əsasən, ilkin mərhələdə İsrailin 10 əsiri azad etməsi nəzərdə tutulur. Atəşkəsin davamı isə bölgədəki siyasi və hərbi vəziyyətdən asılı olacaq.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #Netanyahu #atəşkəs danışıqları #Tramp və Netanyahu münasibətləri #Deportasiya siyasəti #İsrail ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.