6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Husi lideri bildirib ki, Qırmızı dənizdəki gəmilərə hücumlar davam edəcək

Qəzza zolağındakı münaqişə həll olunmayana qədər İsrailə doğru gedən və ya onunla əməkdaşlıq edən şirkətlərə məxsus gəmilərə qarşı hücumlar davam edəcək.

10 İyul 2025 19:21
Husi lideri bildirib ki, Qırmızı dənizdəki gəmilərə hücumlar davam edəcək

BAKI, AzerVoice

Qəzza zolağındakı münaqişə həll olunmayana qədər İsrailə doğru gedən və ya onunla əməkdaşlıq edən şirkətlərə məxsus gəmilərə qarşı hücumlar davam edəcək.

AzerVoice-un məlumatına görə, bu barədə Yəmənin “Ənsar Allah” (Husilər) hərəkatının lideri Əbdül Məlik əl-Husi bildirib.

“Bəzi gəmiçilik şirkətləri bizim qadağamızı pozmağa başlayıb və Umm ər-Rəşraş limanına (Əylat şəhərinin ərəb adı – red.) daşımaları davam etdirirlər. Onlar səhvən elə hesab edirlər ki, blokadanı görməməzliyə vurmaq olar. Lakin iki gəminin batırılması ilə nəticələnən əməliyyatlar göstərdi ki, İsrailə qarşı dəniz blokadası qüvvədə qalır və bu, Qəzzaya qarşı təcavüz sona çatana və anklavdan blokada qaldırılana qədər davam edəcək” – deyə, əl-Husi bəyan edib.

O xatırladıb ki, husilərin Qırmızı dəniz, Ədən körfəzi və Ərəb dənizi sularında İsrailin maraqlarına xidmət edən gəmiçilik şirkətlərini qadağan edən qərarı qüvvədədir və bu qadağa İsrailin Qəzzadakı hərbi əməliyyatları dayandırmadığı müddətcə davam edəcək:

“Qırmızı dənizdə baş verənlər açıq dərsdir: İsrailin maraqlarına xidmət edən bütün gəmiçilik şirkətləri sərt tədbirlərlə üzləşəcəklər.”

Qeyd edək ki, son günlərdə husilər Yəmən sahilləri yaxınlığında iki ticarət gəmisinə hücum edərək onları batırıblar. İyulun 6-da Yunanıstanın “Stem Shipping” şirkətinə məxsus “Magic Seas” quru yük gəmisinə hücum edilib. Gəmidəki 22 nəfərlik heyət BƏƏ-yə məxsus “Safeen Prism” gəmisi tərəfindən xilas edilib.

Məqalədə: #İsrail #Qəzza zolağı #Yəmən #Qırmızı dəniz #Husilər #Əbdül-Malik Əl-Husi #gəmilər #Gəmi hücumu

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.