5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın rüsumlarına qarşı cavab tədbirləri görüləcək - Makron

Fransa və Avropa Komissiyası (AK) ABŞ-ın tətbiq etdiyi 30 faizlik gömrük rüsumları ilə qəti şəkildə razılaşmır. Brüsseldə cavab tədbirlərinin hazırlanması sürətləndiriləcək.

13 İyul 2025 03:00
ABŞ-ın rüsumlarına qarşı cavab tədbirləri görüləcək - Makron

BAKI, AzerVoice

Fransa və Avropa Komissiyası (AK) ABŞ-ın tətbiq etdiyi 30 faizlik gömrük rüsumları ilə qəti şəkildə razılaşmır. Brüsseldə cavab tədbirlərinin hazırlanması sürətləndiriləcək.

AzerVoice xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.

"Fransa Avropa Komissiyası sədri ilə birlikdə Avropa İttifaqından ABŞ-a ixracata tətbiq olunacaq 30 faizlik gömrük rüsumları ilə qəti şəkildə razılaşmır" – deyə, Makron qeyd edib.

Onun fikrincə, Avropa Komissiyasının Avropa maraqlarını qətiyyətlə müdafiə etməsi heç vaxt bu qədər vacib olmayıb.

"Bu isə, xüsusilə, əlimizdə mövcud olan hər şeyi istifadə etməklə etibarlı cavab tədbirlərinin hazırlanmasının sürətləndirilməsini nəzərdə tutur" – deyə, Fransa prezidenti əlavə edib.

O bildirib ki, əgər avqustun 1-ə qədər Avropa Komissiyası ABŞ-la razılaşmaya nail ola bilməsə, bu tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl "Truth Social" platformasında Avropa Komissiyası sədrinə ünvanladığı məktubu dərc etmişdi. Həmin məktubda avqustun 1-dən etibarən ABŞ-ın Avropa İttifaqından idxal edilən mallara 30 faizlik gömrük rüsumu tətbiq edəcəyi bildirilirdi. Məktubda vurğulanırdı ki, yeni tariflər hal-hazırda Avropa mallarına tətbiq edilən 10 faizlik sektoral rüsumlardan ayrıca hesab olunacaq.

Məqalədə: #ABŞ #Meksika #Fransa #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Emmanuel Makron #Avropa Komissiyası (AK) #Gömrük rüsumları #ABŞ idxal tarifləri

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49

Son Xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.