12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

"Rheinmetall" şirkəti 2030-cu ilə qədər satış həcmini artıracaq

Almaniyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan "Rheinmetall" 2030-cu ilə qədər satış həcmini 40–50 milyard avroya çatdırmağı və Almaniyada minlərlə yeni iş yeri yaratmağı planlaşdırır.

13 İyul 2025 17:16
"Rheinmetall" şirkəti 2030-cu ilə qədər satış həcmini artıracaq

BAKI, AzerVoice

Almaniyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan "Rheinmetall" 2030-cu ilə qədər satış həcmini 40–50 milyard avroya çatdırmağı və Almaniyada minlərlə yeni iş yeri yaratmağı planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə konsernin rəhbəri Armin Papperger “Bild” qəzetinə müsahibəsində bildirib.

“Bizim məqsədimiz satış həcmini 2030-cu ilə qədər 40–50 milyard avroya qədər artırmaqdır” – deyə, Papperger bildirib. Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlə, yəni 2021-ci illə müqayisədə təxminən onqat artım deməkdir.

"Rheinmetall" yalnız Almaniyadan ümumilikdə 70 milyard avro dəyərində sifariş gözləyir.

“Hazırda 6-7 min ədəd texnikanın alınması ilə bağlı danışıqlar aparılır. Bu texnikalar yeni hərbi briqadaların təchizatı üçün nəzərdə tutulub” – deyə, Papperger qeyd edib. Sifarişlər arasında "Leopard 2" tankları, "Puma" və "Boxer" zirehli döyüş maşınları da var. Onun sözlərinə görə, təkcə növbəti 12 ay ərzində şirkət yalnız Almaniyadan 70 milyard avroya qədər sifariş ala bilər.

Hazırda "Rheinmetall" 10 yeni zavodun tikintisini həyata keçirir və əsas diqqət Almaniya və Avropa İttifaqı ölkələrinə yönəlib.

“İstehsalı bərpa etməliyik. İşçi sayı isə mövcud 40 mindən 70 minə qədər artırılacaq. Biz iş yerlərini burada – Almaniyada yaratmaq istəyirik” – deyə, o bildirib.

Papperger ABŞ-ın gömrük siyasətinə də toxunaraq qeyd edib ki, Donald Trampın prezidentliyi dövründə şirkət üçün hər hansı mənfi təsir gözləmir:

“Tramp yaxşı alqı-satqı bacarığına malikdir. Əgər ona bu işin hər kəs üçün sərfəli olduğunu desək, problem olmaz.”

Qeyd edək ki, "Rheinmetall" Almaniyanın ən iri müdafiə şirkətidir. Şirkət Kiyevə tanklar, sursat və digər hərbi texnika tədarük edir və Ukraynada sursat istehsalı üçün zavod inşa edir. Ukrayna həmçinin şirkətin yeni "Lynx" zirehli transportyorunu test edir və gələcəkdə bu texnikanın da "Rheinmetall" tərəfindən Ukraynada istehsal olunması planlaşdırılır.

Hazırda şirkətin səhm qiyməti bazarda "BMW", "Mercedes-Benz" və "Volkswagen"i geridə qoyub. Qərb ölkələrinin müdafiə şirkətləri arasında bazar dəyərinə görə yalnız ABŞ-ın "Lockheed Martin" şirkəti "Rheinmetall"dan öndədir.

Məqalədə: #Almaniya

Mövzu üzrə digər xəbərlər

Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
Digər Dövlətlər

Çin ABŞ və İran arasında vasitəçilik təklif edib

18:01
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.