5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniyanın müdafiə naziri ABŞ-lı həmkarı ilə Ukrayna üçün "Patriot" HHM-lərinin alışını müzakirə edəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın müdafiə naziri, Pentaqon rəhbəri Pit Heqsetlə bu gün Vaşinqtonda görüşəcəyini bildirib.

14 İyul 2025 13:51
Almaniyanın müdafiə naziri ABŞ-lı həmkarı ilə Ukrayna üçün "Patriot" HHM-lərinin alışını müzakirə edəcək

BAKI, AzerVoice

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın müdafiə naziri, Pentaqon rəhbəri Pit Heqsetlə bu gün Vaşinqtonda görüşəcəyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Görüşdə ABŞ-ın Avropanın təhlükəsizliyinə dəstək üzrə “yol xəritəsi” və Ukrayna ordusu üçün "Patriot" hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması məsələləri müzakirə olunacaq.

Pistoriusun sözlərinə görə, Vaşinqton əvvəllər Kiyevə Patriot sistemlərinin tədarükünü dayandırıb. Berlin isə artıq Ukraynaya bu sistemdən üç ədədini öz ehtiyatlarından verib və əlavə tədarük imkanına malik deyil. Nazir iyulun 13-də verdiyi açıqlamada, bunun səbəbinin Almaniyanın silah təminatı sahəsində yaşadığı problemlərlə bağlı olduğunu vurğulayıb.

Pistoriusun rəhbərlik etdiyi nazirlik hazırda Almaniya üçün 2030-cu illərə qədər tanklar, sualtı qayıqlar, pilotsuz uçuş aparatları (PUA) və qırıcı təyyarələr daxil olmaqla müxtəlif silahların alınmasını nəzərdə tutan genişmiqyaslı satınalma planı üzərində işləyir.

“Keçmişdə biz yalnız əlimizdəki silahlar tam tükəndikdə və ya sıradan çıxdıqda onları əvəzləməyə çalışırdıq” – deyə, nazir bildirib. O, silah istehsalçılarını tənqid edərək qeyd edib ki, “onlar artıq şikayət etmək əvəzinə nəticə göstərməlidirlər”. Pistorius əlavə edib ki, müdafiə sənayesində layihələrin icrası ilə bağlı hələ də gecikmələr var və istehsal gücləri artırılmalıdır.

"Die Sueddeutsche Zeitung" qəzetinin məlumatına görə, Almaniya son həftələr ABŞ-dan Ukrayna üçün azı bir "Patriot" sistemi almağa çalışır. Lakin ABŞ prezidenti Donald Tramp hələ bu barədə heç bir öhdəlik götürməyib. Əksinə, o, Berlini özündə olan doqquz "Patriot" sistemindən birini Kiyevə verməyə razı salmağa çalışır.

Məqalədə: #Almaniya #ABŞ #Ukrayna #Pit Heqset #Boris Pistorius

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.