4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa PKK-nın tərksilah mərasimini müsbət qiymətləndirib

Fransanın Ankaradakı səfirliyi PKK-nın silahlı mübarizəyə son qoyması ilə bağlı açıqlama yayıb. Səfirliyinin bəyanatında bildirilir ki, təxminən 30 PKK üzvünün tərksilah mərasimi alqışlanır.

14 İyul 2025 16:18
Fransa PKK-nın tərksilah mərasimini müsbət qiymətləndirib

BAKI, AzerVoice

Fransa PKK-nın silahı yerə qoymasını alqışlayıb.

AzerVoice xəbər verir ki, uzun illər PKK terror təşkilatına açıq dəstək verməkdə ittiham olunan Fransa, 11 iyul 2025-ci ildə Şimali İraqda keçirilən tərksilah mərasiminə münasibət bildirib.

Fransanın Ankaradakı səfirliyi PKK-nın silahlı mübarizəyə son qoyması ilə bağlı açıqlama yayıb. Səfirliyinin bəyanatında bildirilir ki, təxminən 30 PKK üzvünün tərksilah mərasimi alqışlanır.

Qeyd olunub ki, bu proses PKK lideri Abdullah Öcalanın fevral ayında verdiyi çağırış və təşkilatın may ayında silahlı mübarizədən çəkilmə qərarı ilə əlaqədardır.

Fransa ümid edir ki, PKK-nın bu addımı zorakılığın sonu və demokratik prosesə keçid üçün əsas olacaq. Açıqlamada həmçinin bu tərksilahın “de-fakto və yoxlanıla bilən” olmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Avropa İttifaqının terror təşkilatları siyahısında yer alan PKK-ya qarşı Fransa uzun illər ikili standartlarda ittiham olunub. Xüsusilə 1980-ci illərdən etibarən Fransanın PKK üzvlərinə siyasi və təşkilati dəstək verdiyi qeyd olunur. Keçmiş prezidentlər Fransua Mitteran və Fransua Olland, eləcə də hazırkı prezident Emmanuel Makron dövründə PKK və YPG təmsilçiləri rəsmi səviyyədə qəbul edilib.

Xatırladaq ki, Fransa 2018-ci ildə Türkiyənin həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına da açıq etiraz edən ilk ölkələrdən biri olmuş, bölgədəki terrorçulara hərbi təlim və dəstək göstərmişdi.

Məqalədə: #PKK #Fransa #PKK terror təşkilatı #Emmanuel Makron #PKK terrorçuları #Abdullah Öcalan son açıqlaması #PKK-nın silahları yerə qoyması #PKK ilə sülh prosesi

Mövzu üzrə digər xəbərlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb
Texnologiya

Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

28 Avqust 22:18
Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb
Səudiyyə Ərəbistanı

Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

25 Avqust 19:25

Son Xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.