6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kellogq ilə Kiyevdə görüş keçirib.

14 İyul 2025 17:37
Zelenski Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edib

BAKI, AzerVoice

Zelenski Trampın nümayəndəsi ilə Kiyevdə görüşüb.

AzerVoice xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kellogq ilə Kiyevdə görüş keçirib.

Görüşdə sülh prosesləri və müdafiə əməkdaşlığı müzakirə olunub.

Prezident Zelenski Telegram hesabında görüş barədə paylaşım edərək bildirib ki, tərəflər "sülhə aparan şərq yolunu və bu prosesin necə sürətlənə biləcəyini" müzakirə ediblər. Ukrayna lideri Rusiyaya qarşı daha sərt tədbirlər görülməli olduğunu vurğulayıb.

“Rusiyaya qarşı gücdən istifadə edilməlidir. ABŞ-ın liderliyi bizim üçün vacibdir. Bizə daha çox hava hücumundan müdafiə sistemi, birgə silah istehsalı və Avropa ilə daha effektiv müdafiə əməkdaşlığı lazımdır.” - deyə o bildirib.

Zelenski, həmçinin Rusiyaya və ona dəstək verənlərə qarşı sanksiyaların artırılması çağırışını yeniləyib və ABŞ-ın davam edən dəstəyinə görə təşəkkür edib. Keyt Kellogq bir həftə ərzində Kiyevdə danışıqları davam etdirəcək.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlayıb. Merilend ştatındakı Andrews Hərbi Hava Bazasında jurnalistlərin suallarını cavablandıran Tramp,

“Patriot raketlərinin sayı hələ müəyyən olunmayıb. Amma onların bir hissəsini göndərəcəyik. Lakin ödənişi Avropa Birliyi edəcək. Bu bizim üçün bir işdir, heç bir pul xərcləməyəcəyik.” - deyə bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukraynaya silah yardımının NATO vasitəsilə təşkil ediləcəyini və bu prosesin maliyyə yükünün alyans üzvləri tərəfindən qarşılanacağını bəyan etmişdi.

Məqalədə: #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #Zelenski #Ukrayna-Rusiya müharibəsi #ABŞ-Ukrayna münasibətləri #ABŞ-Rusiya münasibətləri #Trampın nümayəndəsi Kelloq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.