9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail ordusuna Suriya qüvvələrinə hücum əmri verilib (YENİLƏNİB)

İsrailin Baş naziri və Müdafiə naziri, İsrail ordusuna Suriyanın cənubundakı Əs-Süveyda şəhərinə daxil olan Suriyanın təhlükəsizlik qüvvələrinə hücum əmri verdiklərini bildiriblər.

15 İyul 2025 14:38
İsrail ordusuna Suriya qüvvələrinə hücum əmri verilib (YENİLƏNİB)

BAKI, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats orduya Suriyanın cənubunda yerləşən Əs-Süveyda şəhərinə daxil olan Suriya təhlükəsizlik qüvvələrinə qarşı hücum əmri verdiklərini açıqlayıblar.

AzerVoice xəbər verir ki, onların birgə bəyanatı baş nazirin dəftərxanası tərəfindən yayımlanıb.

“Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail Müdafiə Ordusuna (SAXAL) Əs-Süveyda bölgəsinə druzlara qarşı əməliyyat üçün yeridilən Suriyaya məxsus qüvvə və silahlara dərhal hücum etməyi əmr ediblər” – deyə, bəyanatda qeyd olunub.

Netanyahu və Kats bildiriblər ki, bu addım, İsrailin təhlükə doğuran hərbi qüvvələrin Suriyanın cənubuna yerləşdirilməsinin qarşısını almağı hədəfləyən "demilitarizasiya siyasətinə" ziddir. Onlar əlavə ediblər ki, İsrail “Suriyanın druzlara zərər verməsinin qarşısını almağa çalışır” və "Suriya ilə sərhəd boyunca demilitarizə olunmuş bölgənin yaradılması" üzərində işləyir.

İsrail Müdafiə Ordusu da bildirib ki, hücumlar bazar ertəsi axşamı Suriya qüvvələrinin Əs-Süveyda istiqamətində hərəkətinin aşkarlanmasından sonra həyata keçirilib. Ordunun açıqlamasına görə, SAXAL bir neçə döyüş texnikasına, o cümlədən tanklara, reaktiv yaylım atəş sistemlərinə və onların istifadə etdiyi yolların giriş-çıxışına zərbələr endirib ki, bu texnikaların bölgəyə çatmasına mane olsun. Ordudan bildirilib ki, vəziyyət nəzarət altındadır və müxtəlif ssenarilərə qarşı hazırlıq vəziyyəti qorunur.

İsrail hakimiyyəti, ötən ilin sonlarında Dəməşqdə baş verən hakimiyyət dəyişikliyindən sonra dəfələrlə Suriyadakı druzlara dəstəyini ifadə edib və zərurət yarandığı təqdirdə onları özünümüdafiə istiqamətində dəstəkləməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, druzlar ərəb dilli, dini baxımdan xüsusi qapalı sistemə malik etno-konfessional bir azlıqdır. Onlar əsasən Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar. Suriyada təxminən 700 min druz var və bu, kürdlər və ələvilərdən sonra ölkənin üçüncü ən böyük dini-etnik azlığı sayılır.

Məqalədə: #İsrail #Suriya #İsrailin hava hücumları #Suriya hava hücumları #İsrail Suriyada hava hücumları #İsrail Suriya siyasəti

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.