Türkiyə İsrailin iddialarını əsassız adlandırıb
Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.
İsrail Suriyanın Hums vilayətinə hava zərbələri endirib
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən Hums vilayətində Suriya Silahlı Qüvvələrinə məxsus anbarlara hava zərbələri endirib.
İsrail Suriyanın cənubunda ərəb qəbilələrini hədəf alıb
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriya cənubunda, Suveyda və Dəraa vilayətlərinin sərhədində yerləşən ərəb qəbilələrinin könüllü dəstələrinin mövqelərinə hava zərbələri endirib.
Suriyanın parçalanmasına icazə verməyəcəyik - Ərdoğan
Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.
Suriyada atəşkəs güc yolu ilə əldə olunub - Netanyahu
Suriyanın cənubunda atəşkəs İsrailin intensiv hərbi əməliyyatları nəticəsində güc yolu ilə əldə edilib və Suriya qoşunları Dəməşqə geri çəkilməyə məcbur qalıb.
Suriya XİN İsrailin ölkəyə hücumlarını pisləyib
Suriya, İsrailin ölkənin Dəməşq və Suveyda vilayətlərinə həyata keçirdiyi hücumları pisləyib.
İsrail Suriyanın Dəraa vilayətinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.
ABŞ Suriyadakı toqquşmaları dayandırmağa çalışır - Rubio
Vaşinqton Suriyanın cənubunda baş verən toqquşmaları dayandırılmasına çalışır.
İsrail ordusuna Suriya qüvvələrinə hücum əmri verilib (YENİLƏNİB)
İsrailin Baş naziri və Müdafiə naziri, İsrail ordusuna Suriyanın cənubundakı Əs-Süveyda şəhərinə daxil olan Suriyanın təhlükəsizlik qüvvələrinə hücum əmri verdiklərini bildiriblər.
Suriya və İsrail: Dürzilərin Müdafiəsi, yoxsa Regional Nəzarət?
İsrailin Suriyadakı hərbi və siyasi addımları, regionda güc balansını dəyişdirmək cəhdi kimi qiymətləndirilsə də, bu strategiyanın uzunmüddətli nəticələri Yaxın Şərqdə yeni bir gərginlik dalğasına səbəb ola bilər.