5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Suriyada atəşkəs güc yolu ilə əldə olunub - Netanyahu

Suriyanın cənubunda atəşkəs İsrailin intensiv hərbi əməliyyatları nəticəsində güc yolu ilə əldə edilib və Suriya qoşunları Dəməşqə geri çəkilməyə məcbur qalıb.

17 İyul 2025 18:19
Suriyada atəşkəs güc yolu ilə əldə olunub - Netanyahu

BAKI, AzerVoice

Suriyanın cənubunda atəşkəs İsrailin intensiv hərbi əməliyyatları nəticəsində güc yolu ilə əldə edilib və Suriya qoşunları Dəməşqə geri çəkilməyə məcbur qalıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib.

O, İsrailin Dəməşqin cənubundakı ərazilərin demilitarizasiyası istiqamətində aydın siyasət yürütməyə davam etdiyini bildirib.

“İsrailin intensiv fəaliyyəti nəticəsində atəşkəs əldə olundu və Suriya ordusu Dəməşqə çəkildi. Bu, güc yolu ilə əldə olunmuş bir atəşkəsdir. Biz yeddi cəbhədə güc yolu ilə sülh, güc yolu ilə sakitlik, güc yolu ilə təhlükəsizlik yaradırıq” - deyə, o qeyd edib

“Biz Suriyaya dair iki cür siyasət formalaşdırmışıq. Colan təpələrindən Cəbəl əd-Druz bölgəsinə qədər olan ərazinin silahsızlaşdırılması və Suriyadakı druzların müdafiəsi” - deyə, Baş nazir əlavə edib.

Netanyahu, 13 iyul tarixində baş verən hadisələrdən sonra İsrail Müdafiə Ordusuna druzları qorumaq üçün qətiyyətli şəkildə hərəkət etməyi əmr etdiyini də qeyd edib:

“Hərbi Hava Qüvvələrimiz qatil dəstələri və zirehli texnikanı hədəf aldı. Mən həmçinin Suriya ordusunun Baş Qərargah binasının də hədəf siyahısına daxil edilməsini əmr etdim”.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Suriya #Dəməşq #atəşkəs #hava hücumu #Druz #atəşkəs razılaşması #İsrailin hava hücumları #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suriya hava hücumları #İsrailin Suriya hava hücumları beynəlxalq reaksiyalar doğurubmu? #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Suriyada druz liderləri #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.