8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Suriyanın parçalanmasına icazə verməyəcəyik - Ərdoğan

Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.

17 İyul 2025 21:38
Suriyanın parçalanmasına icazə verməyəcəyik - Ərdoğan

BAKI, AzerVoice

Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.

AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İsrail qanun və prinsipləri tanımayan terror dövlətidir. İsrail dayandırılmazsa, əvvəlcə regionu, sonra isə bütün dünyanı alova verəcək. Biz bütün ssenarilərə qarşı zəruri tədbirlərimizi görürük. Qonşumuz Suriya dövlətinin bütövlüyünün qorunması bizim əsas siyasətimizdir. Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik. Suriyanın cənubu ilə şimalı arasında dəhliz açmaq istəyənlər məqsədlərinə çata bilməyəcəklər" - deyə, Ərdoğan bildirib.

"Necə ki, sərhədlərimiz daxilindəki kürd vətəndaşlarımız bizim bir parçamızdır, eynilə Suriyadakı kürd vətəndaşlar da bizim bir parçamızdır. İnşallah onların da qurban verilməsinə icazə verməyəcəyik" - deyə, o əlavə edib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #Suriya #Dəməşq #hava hücumu #Druz #İsrailin hava hücumları #Suriya və İsrail gərginliyi #Suriyalı druzlar və İsrailin mövqeyi #İsrail və Suriya münasibətləri #Druz icması #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Bəşşar Əsəd və Dürzilər #Dürzi Liderləri #Tarixdə Dürzi Hərəkatları #Suriyada Dürzi azlığı #Suriya hava hücumları #Suriyada Ələvi və Dürzi qarşıdurmaları #İsrail və İranın Suriya mübarizəsi #İsrail Suriyadan nə istəyir? #İsrail Suriyada niyə hücumlar həyata keçirir? #Dürzi azlığı Suriyada hansı problemlərlə üzləşir? #İsrail və Suriyanın geopolitik qarşıdurması necə inkişaf edir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #Suriya və İsrail arasında sərhəd gərginliyi artacaqmı? #İsrail və yeni Suriya hökuməti arasında münaqişə yaranacaqmı? #İsrail və İran Suriyada hansı qruplaşmaları dəstəkləyir? #İsrail Suriya müharibəsində hansı mövqeni tutur? #Suriya və İsrail arasında diplomatik əlaqələr mümkündürmü? #İsrail və ABŞ-ın Suriya siyasəti üst-üstə düşürmü? #İsrailin hava zərbələri #Hava hücumları #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrail Suriyada hava hücumları #İsrail Suriyada hərbi əməliyyatlar #İsrailin Suriyaya hava hücumları #İsrail Suriya siyasəti #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #İsrail Suriyada niyə hərbi əməliyyatlar aparır? #Hava zərbəsi #hava zərbələri #İsrail-Suriya gərginliyi #İsrail Suriya hücumu #Dəməşq hava hücumu #Suriya Dürzi qarşıdurması #İsrail Suriyada İran təhlükəsi #Türkiyə İsrail Suriya üçbucağı #İsrail Suriyada #İsrail-Suriya dolaylı danışıqları #Druzların qorunması bəhanəsi #İsrail hava zərbələri Suriya #Suriya ordusu və druz icması #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #Dürzilər və Suriya inqilabı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.