14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa ölkələri İrana qarşı 10 il əvvəl ləğv olunmuş sanksiyaları bərpa edə bilərlər - Fransa XİN

Avropa ölkələri, əgər İranın nüvə proqramı üzrə sazişin şərtlərinə əməl etmək niyyətinə dair kifayət qədər zəmanət əldə etməsələr, 10 il əvvəl ləğv edilmiş sanksiyaları bərpa edə bilərlər.

15 İyul 2025 14:27
Avropa ölkələri İrana qarşı 10 il əvvəl ləğv olunmuş sanksiyaları bərpa edə bilərlər - Fransa XİN

BAKI, AzerVoice

Avropa ölkələri, əgər İranın nüvə proqramı üzrə sazişin şərtlərinə əməl etmək niyyətinə dair kifayət qədər zəmanət əldə etməsələr, 10 il əvvəl ləğv edilmiş sanksiyaları bərpa edə bilərlər.

AzerVoice xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşü zamanı deyib.

"Fransa və onun tərəfdaşlarının silah tədarükünə, bank xidmətlərinə və nüvə sənayesi üçün avadanlıqlara tətbiq olunan və on il əvvəl ləğv edilmiş qlobal embarqonu yenidən tətbiq etmək hüququ tam şəkildə mövcuddur. Əgər İran tərəfindən möhkəm, konkret və yoxlanıla bilən öhdəliklər görməsək, bu addımı avqustun sonunadək atacağıq" – deyə, Barro bildirib.

Barro həmçinin İran həbsxanalarında saxlanılan Fransa vətəndaşlarının dərhal azadlığa buraxılmasına və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin İranın nüvə obyektlərində fəaliyyətinin bərpasına çağırıb.

“İranın nüvə və raket proqramı ilə bağlı nizamlama və çərçivə razılaşmasına gətirib çıxaracaq diplomatik prosesin yenidən başlanması zəruridir” – deyə, Barro bildirib.

Qeyd edək ki, 2015-ci ildə İran və Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalanmışdı. Bu razılaşma 2002-ci ildən bəri Qərbin Tehranın nüvə silahı hazırladığına dair ittihamları fonunda yaranan böhranı aradan qaldırmaq məqsədi daşıyırdı.

Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp razılaşmadan çıxaraq İrana qarşı bütün ABŞ sanksiyalarını bərpa etdi. Cavab olaraq, İran 2020-ci ildə BHFP üzrə öhdəliklərini azaltmaq və BAEA-nın müfəttişlərinə nüvə obyektlərinə giriş imkanlarını məhdudlaşdırmaq qərarını elan etdi. 2021–2022-ci illərdə Vyanada aparılan danışıqlar isə nəticə vermədi.

2025-ci ildə Tramp İrana qarşı “maksimum təzyiq” siyasətini bərpa edən fərman imzalayıb və yeni sazişin imzalanmayacağı təqdirdə Tehrana qarşı hərbi güc tətbiq edəcəyi ilə hədələyib. İran və ABŞ nümayəndələri aprel-may aylarında beş dəfə nüvə proqramı ilə bağlı görüş keçirsələr də, danışıqlar İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr səbəbindən dayandırılıb.

Məqalədə: #İran #ABŞ #Fransa #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Çin #sanksiya #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #Jan-Noel Barro #Avropa ölkələri

Mövzu üzrə digər xəbərlər

Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb
İran

Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb

19:29
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ

18:53
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

18:11
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27

Son Xəbərlər

Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
20:05
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
19:52
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəməndə 93 mindən çox insan didərgin düşüb
19:47
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
19:41
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
19:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.