6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa, Böyük Britaniya və Almaniya İrana qarşı sanksiyaları bərpa etməyə hazırlaşır

Fransa, Böyük Britaniya və Almaniya avqustun sonunadək İranla nüvə sazişi üzrə irəliləyiş əldə olunmazsa, bu ölkəyə qarşı sərt BMT sanksiyalarının bərpasına razılıq verib.

16 İyul 2025 11:20
Fransa, Böyük Britaniya və Almaniya İrana qarşı sanksiyaları bərpa etməyə hazırlaşır

BAKI, AzerVoice

Fransa, Böyük Britaniya və Almaniya avqustun sonunadək İranla nüvə sazişi üzrə irəliləyiş əldə olunmazsa, bu ölkəyə qarşı sərt BMT sanksiyalarının bərpasına razılıq verib.

AzerVoice xəbər verir ki, üç Avropa ölkəsinin BMT-dəki səfirləri bu məsələni müzakirə etmək üçün çərşənbə axşamı Almaniyanın BMT-dəki daimi nümayəndəliyində görüşüblər.

Məsələ bazar ertəsi ABŞ Dövlət katibi Marko Rubio ilə Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri arasında keçirilən telefon danışığında da müzakirə olunub. ABŞ rəsmilərinə görə, danışığın əsas mövzusu İranın nüvə silahı əldə etməsinin qarşısının alınması olub.

Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin əsas tərəflərindəndir. Sazişə əsasən, Tehranın nüvə proqramına nəzarət və məhdudiyyətlər müqabilində ona qarşı tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılmışdı. Lakin Donald Tramp bu razılaşmanın “yetərincə sərt olmadığını” əsas gətirərək, ölkəsini sazişdən çıxarmışdı.

Sazişin tərkib hissəsi olan və “snapback” adlandırılan mexanizmə əsasən, əgər İran öhdəliklərinə əməl etməzsə, iştirakçı ölkələrdən biri tərəfindən BMT sanksiyalarının avtomatik bərpası tələb oluna bilər.

İranın xarici işlər naziri Abbas Ərakçi son günlərdəki açıqlamalarında Tehranın ABŞ-la nüvə danışıqlarının bərpasına açıq olduğunu bildirib. Lakin o, bunun üçün İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını təkrarlamayacağına dair zəmanət tələb edir. Ərakçi bu hücumların diplomatik həll yolunu daha da çətinləşdirdiyini vurğulayıb.

İyunun əvvəlində İsrailin və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava zərbələrindən öncə Vaşinqton və Tehran arasında bir neçə danışıqlar raundu keçirilmişdi. ABŞ prezidenti Donald Tramp və onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə bəyan etmişdilər ki, danışıqlar tezliklə bərpa olunacaq.

İran Prezidenti Məsud Pezeşkian isə ötən həftə bildirib ki, ABŞ-ın hava zərbələri ölkənin nüvə obyektlərinə ciddi ziyan vurub və İran hələ də həmin obyektlərə daxil olaraq dağıntıların miqyasını müəyyən edə bilməyib. Bu səbəbdən İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırdığını elan edib.

Məqalədə: #İran #Almaniya #BMT #ABŞ #Fransa #Böyük Britaniya #Tehran #MAQATE #Vaşinqton #Marko Rubio #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İranın nüvə proqramı 2025

Mövzu üzrə digər xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.