11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Quterreş İsrailin Suriyaya hücumlarını qınayıb

BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.

16 İyul 2025 21:34
Quterreş İsrailin Suriyaya hücumlarını qınayıb

BAKI, AzerVoice

BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

“Baş katib İsrailin Suriyanın paytaxtı Dəməşqə və ölkənin cənubundakı Suveyda şəhərinə endirdiyi hava zərbələrini, eləcə də İsrail Müdafiə Ordusunun Colan yüksəkliklərində qüvvələrini yenidən yerləşdirməsi ilə bağlı xəbərləri qınayır” – deyə, Düjarrik qeyd edib.

Qeyd edək ki, 13 iyul tarixində Suveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Suveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #BMT #Antonio Quterreş #Suriya #Dəməşq #hava hücumu #Stefan Düjarrik #Druz #İsrailin hava hücumları #Suriya və İsrail gərginliyi #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzi Liderləri #İsrail Suriyadan nə istəyir? #İsrail Suriyada niyə hücumlar həyata keçirir? #İsrail və Suriyanın geopolitik qarşıdurması necə inkişaf edir? #İsrail Suriyada Dürzi icmasını niyə dəstəkləyir? #İsrailin hava zərbələri #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrail Suriyada hava hücumları #İsrail niyə Suriyaya hücum edir? #İsrail Suriyada hərbi əməliyyatlar #İsrail Suriya siyasəti #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #İsrail Suriyada niyə hərbi əməliyyatlar aparır? #hava zərbələri #İsrail-Suriya gərginliyi #İsrail Suriya hücumu #İsrail Suriyada #Druzların qorunması bəhanəsi #İsrail hava zərbələri Suriya #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi

Mövzu üzrə digər xəbərlər

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

20:41
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
Digər Dövlətlər

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

20:02
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
Digər Dövlətlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib

19:11

Son Xəbərlər

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.