13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran İsrailin Dəməşqə hücumunu sərt şəkildə qınayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin Suriyaya hücumunun beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunun aydın olduğunu bildirib.

17 İyul 2025 09:57
İran İsrailin Dəməşqə hücumunu sərt şəkildə qınayıb

BAKI, AzerVoice

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Suriyaya hücumunun beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunun aydın olduğunu bildirib.

AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai verdiyi yazılı açıqlamada İsrailin Suriyadakı hücumlarını ən sərt şəkildə qınadıqlarını bildirib.

Bəqai, İsrailin Suriyadakı hücumlarında ictimai binaları hədəf alaraq işğalını davam etdirdiyini qeyd edərək, "Bu gün hamı açıq şəkildə görür ki, sionist rejimi regionda sülh və sabitliyə ən böyük təhdiddir və bu rejim ABŞ və bəzi digər Qərb ölkələrinin, xüsusilə Almaniya, Böyük Britaniya və Fransanın silah və siyasi dəstəyindən yararlanaraq beynəlxalq sülhə qarşı təhlükə törədir"- ifadələrdən istifadə edib.

Bəqai, İsrailin Qəzzada törətdiyi soyqırım və cinayətlərə qarşı hərəkətsizliyin Təl-Əvivin regionda təcavüzkarlığını artırmasına səbəb olduğunu bildirərək, İƏT və BMT-ni İsrailin bölgədəki təhlükəli müharibə qızışdırması və ekspansionizmini dayandırmaq üçün təcili və təsirli addımlar atmağa çağırıb.

Xatırladaq ki, İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #Qəzza #İran #Qəzza zolağı #BMT #İƏT #Suriya #Dəməşq #Yaxın Şərq #Yaxın Şərq münaqişəsi #Suriya xəbərləri #Suriya Müdafiə Nazirliyi #Suriya və təhlükəsizlik məsələləri #Suriyada terrorla mübarizə #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyada son vəziyyət #Qəzza münaqişəsi #Suriya müxalifəti #Trampın Qəzza planı #Yaxın Şərq sülhü #İsrail-İran münaqişəsi #İranın Yaxın Şərqdə genişlənməsi #İran-İsrail geosiyasi mübarizəsi #İsrailin İran strategiyası #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İsmayıl Bəqai #İran-İsrail münasibətləri #İran İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.