9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada atəşkəs danışıqları davam edir- Fələstinli məhbusların azadlığı gündəmdədir

Qəzzada atəşkəs və məhbus mübadiləsi üzrə danışıqlar çərçivəsində fələstinli məhbusların azad edilməsi məsələsinin yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir.

18 İyul 2025 09:40
Qəzzada atəşkəs danışıqları davam edir- Fələstinli məhbusların azadlığı gündəmdədir

BAKI, AzerVoice

Qəzzada atəşkəs və məhbus mübadiləsi üzrə danışıqlar çərçivəsində fələstinli məhbusların azad edilməsi məsələsinin yaxın günlərdə müzakirəyə çıxarılacağı gözlənilir.

AzerVoice xəbər verir ki, İsrail və HƏMAS arasında Dohada davam edən danışıqlarda vasitəçilər – Qətər, Misir və ABŞ – tərəfindən fələstinli məhbusların azadlığı ilə bağlı konkret təklif təqdim olunub.

Məlumata görə, bu təklifə dair danışıqların başlanması HƏMAS-ın cavabından asılı olacaq.

İsrailin dövlət televiziyası KAN məsələni razılığa gəlmək üçün ən çətin mövzulardan biri kimi təqdim edib. Danışıqlarda tərəflər arasında əsas fikir ayrılığı İsrail ordusunun Qəzzadan çıxması və bufer zona ilə bağlıdır. İsrail yeni təklifində Moraq dəhlizi vasitəsilə ordunun Rəfah və Xan Yunisdən çəkilməsini, həmçinin sərhədyanı bufer zonasının müəyyən edilməsini irəli sürüb.

İsrailin Kanal 12 telekanalı isə bildirib ki, Təl-Əviv rəhbərliyi Misir sərhədindən şimala doğru 1,5 kilometrlik təhlükəsizlik zonası və Qəzza ətrafında 1 kilometrlik bufer zonası yaratmaq niyyətindədir. HƏMAS isə bu təklifləri dəyərləndirmək üçün vaxt istəyib və cavabını yaxın günlərdə təqdim edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb. Bu müddət ərzində 10 diri və 18 ölü israilli məhbusun azad edilməsi, eyni zamanda daimi atəşkəs üçün müzakirələrin aparılması planlaşdırılır. Tərəflər arasında əsas narazılıqlardan biri İsrailin Qəzza üzərində nəzarəti davam etdirmək və bəzi fələstinliləri digər ölkələrə deportasiya etmək planları ilə bağlıdır.

Məqalədə: #İsrail #Qəzza zolağı #HƏMAS #Doha #atəşkəs razılaşması #Məhbus mübadiləsi #atəşkəs danışıqları #İsrail-HƏMAS atəşkəsi #Fələstinli məhbusların azadlığı #Fələstinli məhbusların azad edilməsi #məhbus əfvi

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.