13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail Suriyadakı druzlara tibbi yardım göndərib

İsrail, Vaşinqton və Dəməşqlə koordinasiyalı şəkildə, Suriyanın Suveyda vilayətindəki druz icmasına təcili tibbi yardım göndərib.

20 İyul 2025 22:45
İsrail Suriyadakı druzlara tibbi yardım göndərib

BAKI, AzerVoice

İsrail, Vaşinqton və Dəməşqlə koordinasiyalı şəkildə, Suriyanın Suveyda vilayətindəki druz icmasına təcili tibbi yardım göndərib.

AzerVoice xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Suriya hökumətinin atəşkəs elan etməsindən sonra Suveyda şəhərində sakitlik hökm sürüb. Bu, druz qruplarının şəhərə nəzarəti yenidən ələ keçirməsi və bir həftə davam edən məzhəb zəmnindəki qarşıdurmalardan sonra Suriya hökumət qüvvələrinin bölgədə yenidən yerləşməsi ilə baş verib. Qeyd olunub ki, həmin qarşıdurmalarda təxminən 1 000 nəfər həlak olub.

AFP-nin iki müxbiri şəhərə daxil olmağa hazırlaşan humanitar yardım karvanlarını müşahidə etdiklərini bildiriblər. Onlar həmçinin atışma səslərinin eşidilmədiyini, Dəməşq-Dəraa yolunun qəbilə döyüşçülərindən boş olduğunu və Daxili İşlər Nazirliyinə tabe olan ictimai təhlükəsizlik qüvvələrinin Suveydanın kəndlərində yerləşdirildiyini, lakin hələ şəhərə daxil olmadıqlarını qeyd ediblər.

Digər tərəfdən, Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Suveydada "qanunazidd silahlı ünsürlər" humanitar karvanın vilayətə girişinə mane olub. Nazirlik əlavə edib ki, bölgədə təhlükəsizlik vəziyyətinin pisləşməsi İsrailin açıq müdaxiləsinin birbaşa nəticəsidir və bu, Suriya təhlükəsizlik qüvvələrinin geri çəkilməsindən sonra baş verib.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #İsrail #Suriya #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.