5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Polşadakı təlimlərdə NATO ölkələrindən 30 mindən çox hərbçi iştirak edəcək

Sentyabr ayında Polşada keçirilməsi planlaşdırılan təlimlərdə NATO ölkələrindən təxminən 34 min hərbçi iştirak edəcək.

23 İyul 2025 18:09
Polşadakı təlimlərdə NATO ölkələrindən 30 mindən çox hərbçi iştirak edəcək

BAKI, AzerVoice

Sentyabr ayında Polşada keçirilməsi planlaşdırılan təlimlərdə NATO ölkələrindən təxminən 34 min hərbçi iştirak edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

“Dəmir Müdafiəçi” (Iron Defender) kod adı ilə keçiriləcək təlimlər bu il Polşa Silahlı Qüvvələrinin planlaşdırdığı ən böyük və ən mühüm hərbi təşəbbüslərdən biridir. Təlimlər quru, dəniz, hava və kiberməkan daxil olmaqla müxtəlif sahələri əhatə edəcək” – deyə, məlumatda bildirilib.

Qeyd olunub ki, təlimlər zamanı Polşa Silahlı Qüvvələrinin bütün qoşun növləri NATO müttəfiqləri ilə birlikdə hücumun qarşısının alınması və Polşa ərazisinin müdafiəsi üzrə hazırlıq səviyyələrini yoxlayacaqlar.

“Təlimlərin əsas məqsədi Polşa Silahlı Qüvvələrinin operativ uyğunluğunun yoxlanılmasıdır. Bundan əlavə, regional planlar çərçivəsində operativ və taktiki qərarların təkmilləşdirilməsinə, eləcə də “Şərq qalxanı” adlı milli müdafiə proqramı ilə inteqrasiyaya xüsusi diqqət yetiriləcək” – deyə, məlumatda vurğulanıb.

Bildirilib ki, təlimlərin əsas əhəmiyyəti quru, hava, dəniz və kiberməkanda əməliyyatların inteqrasiyası olacaq. Bu isə NATO-nun potensialını və operativ imkanlarını artıracaq.

Təlimlər çərçivəsində Polşanın 1-ci zirehli diviziyası ilə ABŞ Silahlı Qüvvələrinin 5-ci korpusu arasında qərargah və komanda təlimləri də keçiriləcək.

Polşa Baş Qərargahı bildirib ki, “Iron Defender” təlimləri heç bir ölkəyə qarşı yönəlməyib. Məqsəd NATO müttəfiqlərinin birliyini, peşəkarlığını və döyüş qabiliyyətinin ardıcıl şəkildə artırılmasını nümayiş etdirməkdir. Bu təlimlər, həmçinin Polşa ordusunun dinamik transformasiyasını, müdafiə potensialının gücləndirilməsini və Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik sistemində əsas elementə çevrilməsini göstərir.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, bu təlimlər Rusiya və Belarusun bu il üçün nəzərdə tutulmuş ən iri hərbi manevrləri olan “Qərb-2025” təlimlərinə cavab olacaq.

Həmçinin təlimlərin məqsədlərindən biri kimi Varşavanın şərqində yerləşən hərbi hissələrin daxil olduğu 18-ci diviziyanın müasir texnikanı – məsələn, M1 Abrams tanklarını mənimsəmə səviyyəsinin yoxlanılması qeyd olunub.

Məqalədə: #Polşa #təlim #hərbi təlim #hərbi təlimlər #Iron Defender təlimləri #Polşada təlimlər

Mövzu üzrə digər xəbərlər

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb
Texnologiya

“CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

2 Sentyabr 21:05
Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN
Siyasət

Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

28 Avqust 19:27
Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb
Pakistan

Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

28 Avqust 18:19
Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək
Pakistan

Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək

27 Avqust 20:02

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.