6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

SEPAH İsrailin hücum hədələrinə qarşı tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.

24 İyul 2025 10:39
SEPAH İsrailin hücum hədələrinə qarşı tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb

BAKI, AzerVoice

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket birliyinin yeni komandiri general Məcid Musəvi bəyan edib ki, İsrail rəsmilərinin mümkün yeni hücumlarla bağlı verdiyi açıqlamalardan sonra İran hər cür ssenariyə hazır olmalıdır.

AzerVoice xəbər verir ki, General Musəvi bu fikirləri televiziyada çıxış etdiyi ilk rəsmi müsahibəsində səsləndirib və İran xalqının dəfələrlə ölkə və dövlətin müdafiəsində möhkəm və fədakar duruş nümayiş etdirdiyini vurğulayıb.

“Hər bir vəziyyətə hazır olmalıyıq, lakin ən vacib məsələ bu sahədəki məsuliyyətimizi düzgün dərk etməkdir.”-deyə Musəvi bildirib.

O, həmçinin İranı “yenilənmiş Kərbəla və Aşura meydanı”na bənzədərək, İsraillə qarşıdurmaların yenidən başlaya biləcəyinə işarə edib.

Qeyd edək ki, İsrail müdafiə naziri Yisrael Kats isə çərşənbə axşamı yüksək rütbəli hərbi komandirlər, o cümlədən Baş Qərargah rəisi general Eyal Zamir ilə keçirilən iclasda İran əleyhinə yeni hərbi kampaniyanın başlaya biləcəyini bildirib. Onun sözlərinə görə, məqsəd İranın nüvə və ballistik raket proqramlarını bərpa etməsinə imkan verməməkdir. Kats eyni zamanda, “Qəzza və Yəmən cəbhələrinin hələ də açıq olduğunu” və bu istiqamətlərdə sərt hücum strategiyasının davam etdiriləcəyini vurğulayıb.

Digər tərəfdən, İran ali rəhbərinin nümayəndəsi Abdullah Hacı Sadiqi bildirib ki, İsrail müharibənin ilk 48 saatında bütün məqsədlərinə çatmağa çalışsa da, uğursuz olub. O, düşmənin iqtisadi təzyiqlərlə İran xalqını ruhdan salmaq, nüvə və raket proqramlarını sıradan çıxarmaq, hətta rəhbəri hədəfə almaq planlarının puç olduğunu deyib.

İranın baş prokuroru Ğulam Hüseyn Möhsini Ejeyi isə İsrail ilə müharibənin dördüncü günü zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasına edilən hücumla bağlı yeni detalları açıqlayıb. Onun sözlərinə görə, hücum zamanı qəfil elektrik enerjisi kəsilib və zal tam qaranlığa qərq olub.

Ejeyi əlavə edib ki, müharibə dövründə İsrail üçün casusluqda şübhəli bilinən təxminən 2000 nəfər saxlanılıb. Onların böyük hissəsi sonradan təmizlənərək sərbəst buraxılıb. Lakin İsraillə əməkdaşlıq etdiyi təsdiqlənən şəxslər hələ də həbsdə saxlanılır və istintaq davam edir.

Məqalədə: #İsrail #İran #Tel-Əviv #Tehran #SEPAH #İsrail və İran gərginliyi #İran və İsrail kəşfiyyat savaşı #Tel-Əviv və Tehran narahatlığı #SEPAH komandirləri #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.