4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın Braziliya ilə bağlı hədələri, ölkənin BRİKS-lə əlaqələrini möhkəmləndirir - Rəsmi

ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.

27 İyul 2025 14:04
Trampın Braziliya ilə bağlı hədələri, ölkənin BRİKS-lə əlaqələrini möhkəmləndirir - Rəsmi

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.

AzerVoice xəbər verir ki, bu barədə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, Trampın atdığı addımlar Braziliyanın BRİKS-lə əlaqələrini möhkəmləndirir, çünki Braziliya tərəfdaşlığını şaxələndirmək və tək bir dövlətdən asılı vəziyyətdə qalmamaq istəyir.

Amorim həmçinin vurğulayıb ki, Braziliya hakimiyyəti Avropa, Asiya və Cənubi Amerikadakı digər ölkələrlə də əməkdaşlığı genişləndirmək niyyətindədir.

Tramp haqqında danışan Amorim qeyd edib ki, “Ağ Ev rəhbərinin nə dostları, nə də maraqları var, yalnız istəkləri var”. O, ABŞ prezidentinin sabiq Braziliya prezidenti Jair Bolsonarunun məhkəmə prosesi ilə bağlı bəyanatlarını “ölkənin daxili işlərinə kolonial ruhda müdaxilə” kimi qiymətləndirib.

Xatırladaq ki, bundan əvvəl Tramp avqustun 1-dən etibarən Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq edəcəyini elan etmişdi. Braziliya prezidenti Luis İnasio Lula da Silva isə Trampın bu qərarını iyulun sonunadək yenidən nəzərdən keçirməyəcəyi təqdirdə, eyni şəkildə cavab veriləcəyini vəd edib.

Məqalədə: #ABŞ #Donald Tramp #Braziliya #Gömrük rüsumu #rüsumlar #rüsum #Gömrük rüsumları #Donald Tramp Braziliya rüsum #Tramp Braziliya məhsullarına sanksiya #Braziliya ABŞ ticarət mübahisəsi #BRİKS və Braziliya əlaqələri #Selsu Amorim Financial Times açıqlaması #Lula da Silva Trampa cavab #ABŞ Braziliya ticarət münasibətləri #Trampın Braziliyaya qarşı 50 faiz rüsum qərarı #BRİKS Braziliya əməkdaşlığı möhkəmlənir #ABŞ və Braziliya arasında gərgin ticarət siyasəti #Selsu Amorim Trampın siyasətini tənqid edir #Trampın Jair Bolsonaru ilə bağlı fikirləri #Lula Trampa qarşı iqtisadi cavab tədbiri #Ağ Ev Braziliya daxili işlərinə qarışır #Trampın Braziliyaya qarşı ticarət hədəsi #Braziliya BRİKS və digər ölkələrlə əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36

Son Xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.