14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ və ABŞ arasında ticarət razılaşması əldə olunub

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.

27 İyul 2025 22:02
Aİ və ABŞ arasında ticarət razılaşması əldə olunub

BAKI, AzerVoice

ABŞ ilə Avropa İttifaqı arasında ticarət razılaşması əldə olunub.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Şotlandiyada keçirdiyi görüşdən sonra deyib.

Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.

Bu razılaşma Avropa İttifaqına, Trampın avqustun 1-dən etibarən tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumlarından yayınmağa imkan verəcək. Saziş çərçivəsində ABŞ Aİ-dən idxal olunan malların böyük əksəriyyətinə, o cümlədən avtomobillərə 15 faizlik rüsum tətbiq edəcək. Bunun müqabilində isə Brüssel Amerika məhsullarının idxalı üçün bazarını rüsumdan azad (sıfır tariflə) açacaq.

Tramp bu razılaşmanı “indiyə qədərki ən böyük saziş” adlandırıb. Fon der Lyayen isə bunun sabitlik gətirəcəyini deyib. ABŞ Ticarət naziri Hovard Lutnik isə bildirib ki, Aİ-dən idxal olunan yarımkeçiricilər və dərman preparatlarına tətbiq ediləcək tariflərlə bağlı qərar təxminən “iki həftə ərzində” veriləcək.

Xatırladaq ki, iyulun 12-də Tramp avqustun 1-dən etibarən Avropa İttifaqından idxal olunan mallara 30 faizlik rüsum tətbiq ediləcəyini açıqlamışdı. O, Avropa ölkələrinin buna cavab olaraq eyni ölçüdə addım atacağı təqdirdə, ABŞ-ın tariflərinə “bu rəqəmi” əlavə edəcəyini demişdi.

Məqalədə: #ABŞ #Avropa İttifaqı #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Avropa Komissiyası #ticarət #Ursula fon der Lyayen #saziş #Gömrük rüsumu #Avropa Komissiyası (AK) #rüsumlar #rüsum #Gömrük rüsumları #razılaşma

Mövzu üzrə digər xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Digər Xəbərlər

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

18:11
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26

Son Xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.