5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uitkoff Qəzzaya səfər edəcək - Ağ Ev

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun cümə günü Qəzza zolağına səfəri planlaşdırılır.

31 İyul 2025 21:50
Uitkoff Qəzzaya səfər edəcək - Ağ Ev

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun cümə günü Qəzza zolağına səfəri planlaşdırılır.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

O bildirib ki, Uitkoff və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bölgədəyə humanitar yardımın çatdırılması ilə bağlı məsələləri nəzərdən keçirmək üçün Qəzzaya gedəcəklər. Onlar mövcud yardım paylanma məntəqələrini yoxlayacaq, ərzaq çatdırılmasının artırılması üçün plan hazırlayacaq və yerli sakinlərlə görüşəcəklər.

Livitt qeyd edib ki, səfərdən dərhal sonra Uitkoff və Hakabi ABŞ Prezidenti Donald Trampı məlumatlandıracaq və bölgədə ərzaq və humanitar yardımın paylanması üzrə yekun planı təqdim edəcəklər.

“Bu plan prezident tərəfindən təsdiqləndikdən sonra sizə daha ətraflı məlumat verəcəyik” – deyə, Livitt bildirib.

Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı humanitar vəziyyətlə daha yaxından tanış olmaq və mülki əhaliyə göstərilən yardımı artırmaq üçün daha düzgün qərar vermək niyyətindədir.

Qeyd edək ki, iyulun 27-də HƏMAS lideri Xəlil əl-Həyyə, Qəzzanın blokadası davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Bu qərar HƏMAS-ın atəşkəslə bağlı təklifə verdiyi cavabdan sonra qəbul edilib.

Stiven Uitkoff isə "X" sosial şəbəkəsində də yazıb ki, Vaşinqton da öz nümayəndələrini Dohadan geri çağırıb. O bildirib ki, HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə razı olmadığını açıq şəkildə ortaya qoyur.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #humanitar yardım #səfər #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.