4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması mümkün deyil - Rubio

Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər.

31 İyul 2025 22:22
İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması mümkün deyil - Rubio

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması mümkün deyil.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"-ya verdiyi müsahibədə bildirib.

"Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər" - deyə, Rubio bildirib.

Dövlət katibi, eyni zamanda, digər ölkələrin Fələstini birtərəfli şəkildə tanımasını məqsədəuyğun olmayan və əksinə, zərərli bir addım kimi dəyərləndirib.

Onun sözlərinə görə, "bu ölkələr hələ Fələstin dövlətinin harada yerləşdiyini və kim tərəfindən idarə olunacağını belə müəyyənləşdirə bilməyiblər".

Xatırladaq ki, iyulun 24-də Fransa Prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlamışdı. İyulun 29-da isə Britaniyanın Baş naziri Kir Starmerin ofisi bəyan etmişdi ki, əgər İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirərsə və humanitar yardımın çatdırılmasına mane olarsa, Böyük Britaniya da Fələstini tanıya bilər.

Bundan əvvəl 11 Avropa ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri Fələstinin tanınması ilə bağlı bənzər mövqe sərgiləmişdilər. Məsələ Nyu-Yorkda keçirilən beynəlxalq konfransda da gündəmə gətirilib. Kanada Baş naziri Mark Karni isə yaxın gələcəkdə Fələstini tanımaq niyyətində olduqlarını açıqlayıb.

Məqalədə: #İsrail #Fələstin #ABŞ #Marko Rubio #Fələstin dövlətinin tanınması #Makron Fələstin qərarı #BMT Baş Assambleyası Fələstin tanınması #G7 və Fələstin tanınması #Fransa Prezidenti Makronun Fələstini dövlət kimi tanıyacağına dair bəyanatı #Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin qərarı #BMT-də Fələstinin tanınması təşəbbüsünə Türkiyənin dəstəyi #Makronun Fələstin qərarı və Ərdoğanın verdiyi müsbət reaksiya #Fələstin tanınması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.