Netanyahu Belçikanın Fələstini tanımaq qərarına görə ölkənin baş nazirini "zəif lider" adlandırıb
İsrailin baş naziri Benyamin Netanyahu Belçikanın baş naziri Bart de Viveri “zəif lider” adlandırıb. Netanyahu bu ifadəni Belçikanın digər Avropa ölkələrinin nümunəsini izləyərək Fələstin dövlətini tanımaq niyyətinə görə işlədib. Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir: “Belçika baş naziri de Viver zəif liderdir. O, İsrailin hesabına radikal islamçı terroru sakitləşdirməyə çalışır. Terror timsahını bəsləyərək onun Belçikanı udmasını gecikdirəcəyinə ümid edir. İsrail buna razı olmayacaq və özünü müdafiə etməyə davam edəcək.”
ABŞ Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.
Rəsmi Paris Netanyahunun Makrona qarşı antisemitizm ittihamlarını rədd edib
Fransa İsrailin baş naziri Binyamin Netanyahunun ittihamlarını rədd edib. Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstin Dövlətini tanımaq niyyətinin antisemitizmi qızışdırdığını iddia etmişdi.
Netanyahu Makronu “antisemitizmi qızışdırmaqda” ittiham etdi
Fransa ilə İsrail arasında gərginlik artmaqdadır. Dünən, Parisin Fələstin dövlətini tanımaq qərarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu “antisemitizmi qızışdırmaqda” ittiham edib. Bu bəyanata cavab olaraq Fransanın rəsmi dairələri Netanyahunun sözlərini “alçaq və saxtakar” adlandırıb.
İsrail XİN Fransanın Qüdsdəki konsulluğunun bağlanmasını təklif edib
İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib. İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.
İsrailin razılığı olmadan Fələstin dövlətinin yaradılması mümkün deyil - Rubio
Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər.
Ərdoğan Makronla Qəzzadakı vəziyyəti müzakirə edib
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.