5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail XİN Fransanın Qüdsdəki konsulluğunun bağlanmasını təklif edib

İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib. İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.

18 Avqust 2025 20:59
İsrail XİN Fransanın Qüdsdəki konsulluğunun bağlanmasını təklif edib

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib.

AzerVoice xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.

Saarın təşəbbüsünün həyata keçirilməsi üçün hökumətin rəsmi təsdiqi tələb olunur. Qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir. Nazir bildirib ki, konsulluğa qarşı tədbirlər sentyabr ayında başlaya bilər. Bu isə həmin dövrdə bir sıra ölkələrin BMT-də Fələstini tanımaq planları ilə üst-üstə düşəcək.

Xatırladaq ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanıyacağını açıqlamışdı. O, “X” sosial şəbəkəsində yayımladığı bəyanatda bu addımı Fransa üçün tarixi öhdəlik adlandırmış və Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq məqsədi daşıdığını vurğulamışdı. Makron həmçinin Qəzzada müharibənin dərhal dayandırılmasının və mülki əhalinin qorunmasının vacibliyini qeyd etmişdi.

Fransanın qərarı Fələstin rəhbərliyi, HƏMAS və bir sıra ərəb ölkələri tərəfindən müsbət qarşılanıb. Lakin İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ administrasiyası bu addımı kəskin tənqid edib.

Məqalədə: #İsrail #Fələstin #BMT #Fransa #Emmanuel Makron #Fransa səfirliyi #İsrail XİN #Gideon Saar #BMT Baş Assambleyası #Fələstin dövlətinin tanınması #Makron Fələstin qərarı #BMT Baş Assambleyası Fələstin tanınması #Fransa Prezidenti Makronun Fələstini dövlət kimi tanıyacağına dair bəyanatı #Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin qərarı #Fələstin tanınması #Fələstin dövləti tanınma

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

20:34

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.