8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Makronu “antisemitizmi qızışdırmaqda” ittiham etdi

Fransa ilə İsrail arasında gərginlik artmaqdadır. Dünən, Parisin Fələstin dövlətini tanımaq qərarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu “antisemitizmi qızışdırmaqda” ittiham edib. Bu bəyanata cavab olaraq Fransanın rəsmi dairələri Netanyahunun sözlərini “alçaq və saxtakar” adlandırıb.

20 Avqust 2025 11:42
Baku
Netanyahu Makronu “antisemitizmi qızışdırmaqda” ittiham etdi

BAKI, AzerVoice

Fransa ilə İsrail arasında gərginlik artmaqdadır. Dünən, Parisin Fələstin dövlətini tanımaq qərarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu “antisemitizmi qızışdırmaqda” ittiham edib. Bu bəyanata cavab olaraq Fransanın rəsmi dairələri Netanyahunun sözlərini “alçaq və saxtakar” adlandırıb.

Netanyahu Makrona ünvanladığı məktubda Fransa hökumətinin qərarını “antisemitizmin alovunu körükləyən addım” kimi dəyərləndirib:

“Fələstin dövlətinin tanınması çağırışınız antisemitizmin oduna benzin tökür. Bu diplomatiya deyil, güzəştdir. Siz Hamas terrorunu mükafatlandırırsınız, girovların azad edilməsini çətinləşdirirsiniz və Fransa yəhudilərinə qarşı təhdidləri artırırsınız,” – deyə Netanyahu bildirib.

O, Fransa hakimiyyətini “zəiflik əvəzinə qətiyyət göstərməyə” çağırıb və bunun üçün də konkret tarix göstərib: 23 sentyabr – Yəhudi təqviminə görə yeni il ərəfəsi. Bu tarix BMT Baş Assambleyasının da yekun gününə təsadüf edir.

Elize sarayı yayımladığı bəyanatda Netanyahunun fikirlərini “əsassız, alçaq və qəbuledilməz” adlandırıb:

“Fələstin dövlətini tanımaq qərarını antisemit zorakılıqlarının artması ilə əlaqələndirmək saxtakarlıqdır və buna cavabsız qalmayacaq. Fransa Respublikası həmişə yəhudi vətəndaşlarını qoruyub və qoruyacaq,” – bəyanatda qeyd olunub.

Makron ötən ay açıqlamışdı ki, Paris sentyabrda Fələstin dövlətini rəsmən tanıyacaq. Bu qərar İsrailin sərt etirazına səbəb olub. Ardınca Kanada, Avstraliya, Andorra, Finlandiya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino və Sloveniya da oxşar addım atacaqlarını bəyan ediblər.

Netanyahu oxşar məktubu avqustun 17-də Avstraliyanın baş naziri Antoni Albaniziyə də göndərib. O, həmçinin məktubunda ABŞ-ın sabiq prezidenti Donald Trampı “antisemitizmə qarşı mübarizənin nümunəsi” adlandırıb.

Netanyahu son günlər Fransada yəhudi icmasına qarşı zorakılıqları – “El Al” şirkətinin ofislərinə hücum, Parisdə bir yəhudinin döyülməsi, habelə hahamlara edilən hücumları sadalayaraq, bunları “epidemiya” kimi dəyərləndirib.

Elize sarayının bəyanatında bildirilib: “Yəhudi icmasına qarşı hər cür zorakılıq qəbuledilməzdir. Prezident 2017-ci ildən bəri hökumətlərdən antisemitizmə qarşı ən sərt tədbirlər görməsini tələb edib.”

Fələstin XİN Netanyahunun Makrona qarşı ittihamlarını “əsassız və sülhə qarşı yönəlmiş” adlandırıb.

Məqalədə: #Benyamin Netanyahu #Fransa #Emmanuel Makron #Benyamin Netanyahu HƏMAS siyasəti #Fələstin dövlətinin tanınması #Makron Fələstin qərarı #Fransa Prezidenti Makronun Fələstini dövlət kimi tanıyacağına dair bəyanatı #Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin qərarı #Fələstin dövləti tanınma

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

7 Sentyabr 18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

7 Sentyabr 18:17

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.