12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzza ilə bağlı razılıq əldə olunmasa, döyüşlər davam edəcək - Eyal Zamir

“Hesab edirəm ki, qarşıdakı günlərdə girovların azad edilməsi ilə bağlı qismən razılığa gəlib-gəlməyəcəyimiz məlum olacaq. Əgər razılıq əldə olunmasa, döyüşlər fasiləsiz davam edəcək”- deyə, o qeyd edib.

1 Avqust 2025 22:51
Qəzza ilə bağlı razılıq əldə olunmasa, döyüşlər davam edəcək - Eyal Zamir

BAKI, AzerVoice, Səməd Əyyubov

Yaxın bir neçə gün ərzində Qəzza ilə bağlı razılığa gəlməyin mümkün olub-olmadığı aydın olacaq, əks təqdirdə döyüşlər davam edəcək.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.

“Hesab edirəm ki, qarşıdakı günlərdə girovların azad edilməsi ilə bağlı qismən razılığa gəlib-gəlməyəcəyimiz məlum olacaq. Əgər razılıq əldə olunmasa, döyüşlər fasiləsiz davam edəcək”- deyə, o qeyd edib.

“Qəzza zolağında nəzarət altında olan ərazilərin təmizlənməsi nəticəsində, cəmiyyətimizi effektiv şəkildə qorumağa və hərbi əməliyyatları fasiləsiz davam etdirməyə imkan verən bir təhlükəsizlik zonası formalaşdırmışıq. HƏMAS-ın qurduğu tələlərə düşməyəcəyik” - deyə, o əlavə edib.

O həmçinin bildirib ki, Qəzza zolağında insanların həlak olmasının məsuliyyəti HƏMAS-ın üzərindədir.

“Hazırda məqsədli şəkildə, İsrail Müdafiə Qüvvələrini müharibə cinayətlərində ittiham etmək məqsədilə yalan məlumatlara əsaslanan bir kampaniya aparılır. Qəzza zolağında insanların həlak olmasının və əzab çəkməsinin əsas məsuliyyəti HƏMAS-ın üzərindədir. İsrail əsgərləri və zabitləri isə ordunun dəyərlərinə və beynəlxalq hüquqa uyğun şəkildə dürüst və məsuliyyətli davranırlar” - deyə, o vurğulayıb.

Qeyd edək ki, iyulun 27-də HƏMAS lideri Xəlil əl-Həyyə, Qəzzanın blokadası davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Bu qərar HƏMAS-ın atəşkəslə bağlı təklifə verdiyi cavabdan sonra qəbul edilib.

Stiven Uitkoff isə "X" sosial şəbəkəsində də yazıb ki, Vaşinqton da öz nümayəndələrini Dohadan geri çağırıb. O bildirib ki, HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə razı olmadığını açıq şəkildə ortaya qoyur.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #Eyal Zamir #İsrail-HƏMAS danışıqları

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.