8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Uitkoffun Qəzzaya səfəri tamaşadır - HƏMAS

HƏMAS, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun ötən gün Qəzza zolağına etdiyi səfəri kəskin şəkildə tənqid edərək, bu səfəri “əvvəldən səhnələşdirilmiş bir tamaşa” adlandırıb. Bildirilib ki, Uitkoffun Qəzzaya səfərinin məqsədi ictimai rəyə təsir göstərmək, İsrailin imicini təmizləmək və bölgədə tətbiq olunan aclıq siyasətinə siyasi əsas qazandırmaqdır.

2 Avqust 2025 18:07
Uitkoffun Qəzzaya səfəri tamaşadır - HƏMAS

BAKI, AzerVoice, Səməd Əyyubov

HƏMAS, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun ötən gün Qəzza zolağına etdiyi səfəri kəskin şəkildə tənqid edərək, bu səfəri “əvvəldən səhnələşdirilmiş bir tamaşa” adlandırıb.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın yayımladığı bəyanatda deyilir.

Bildirilib ki, Uitkoffun Qəzzaya səfərinin məqsədi ictimai rəyə təsir göstərmək, İsrailin imicini təmizləmək və bölgədə tətbiq olunan aclıq siyasətinə siyasi əsas qazandırmaqdır.

Bəyanatda vurğulanıb ki, Uitkoffun “Qəzza Humanitar Fondu” (GHF) tərəfindən idarə olunan yardım paylama mərkəzlərinə səfəri, yalnız ictimaiyyəti çaşdırmaq və İsrailə sistematik qətliam və aclıq siyasətini davam etdirmək üçün siyasi əsas qazandırmaq məqsədi daşıyan səhnələşdirilmiş bir tamaşadır.

HƏMAS qeyd edib ki, Uitkoffun verdiyi açıqlamalar və səfər zamanı yayımlanan görüntülər reallığa ziddir.

HƏMAS ABŞ administrasiyasını Qəzzada baş verən cinayətə ortaq olmaqda ittiham edib və Vaşinqtonu üzərinə düşən tarixi məsuliyyəti daşımağa çağırıb.

“ABŞ bu cinayətə verdiyi siyasi dəstəyi dayandırmalı, atəşkəsə və işğalçı qüvvələrin Qəzzadan çıxmasına, mühasirənin qaldırılmasına yönəlmiş bir razılaşma istiqamətində hərəkət etməlidir” - deyə, bəyanatda vurğulanıb.

Qeyd edək ki, Uitkoff bu gün Tel-Əvivdə HƏMAS tərəfindən saxlanılan israilli girovların ailələri ilə görüşündə Qəzzada aclığın olmadığını və müharibəni genişləndirmək yox, bitirmək niyyətində olduqlarını bildirmişdi. Onun sözlərinə görə, hazırda danışıqlar müharibənin bitməsi və bütün girovların geri qaytarılması üzərində cəmlənməlidir, qismən razılaşmalarla vaxt itirilməməlidir.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Vaşinqton #səfər #Təl-Əviv #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Stiven Uitkoff

Mövzu üzrə digər xəbərlər

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.