5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Braziliyada Trampa qarşı etiraz aksiyası keçirilib

Braziliyanın bir neçə şəhərində minlərlə insan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 50 faizlik gömrük rüsumlarına qarşı küçələrə axışaraq etiraz aksiyaları keçirib.

3 Avqust 2025 12:19
Braziliyada Trampa qarşı etiraz aksiyası keçirilib

BAKI, AzerVoice, Səməd Əyyubov – Braziliyanın bir neçə şəhərində minlərlə insan ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 50 faizlik gömrük rüsumlarına qarşı küçələrə axışaraq etiraz aksiyaları keçirib.

AzerVoice xəbər verir ki, aksiyalar əsasən paytaxt Brazilia şəhərində, eləcə də San-Paulu və Rio-de-Janeyroda baş tutub.

Etirazları Braziliya Milli Tələbə Birliyi (UNE) təşkil edib. Aksiya iştirakçıları ABŞ-ın Braziliyadakı səfirliyi və konsulluqları qarşısına yürüş edərək narazılıqlarını ifadə ediblər. Sosial hərəkat nümayəndələri və akademiklər də aksiyalara dəstək verib.

Etirazçılar “Tramp xalqın düşmənidir”, “Braziliya suveren dövlətdir” və “Nə ediləcəyinə yalnız braziliyalılar qərar verə bilər” kimi şüarlar səsləndiriblər. Onlar həmçinin Prezident Luis İnasio Lula da Silvadan ABŞ-a qarşı daha sərt mövqe tutmasını tələb ediblər.

Akademik Leonardo Sezar de Moura çıxışında ABŞ-ın gömrük rüsumlarını Braziliyanın daxili işlərinə müdaxilə adlandıraraq bildirib: “Bizə nə edəcəyimizi yalnız özümüz deyə bilərik. Başqa ölkələri idarə etməyə çalışan bir liderin Braziliya demokratiyasına nəzarət etmək hüququ yoxdur.”

Aksiyalar zamanı Donald Tramp və sabiq Braziliya prezidenti Jair Bolsonaronun kuklaları yandırılıb, ABŞ bayrağı isə oda verilib.

Xatırladaq ki, ABŞ administrasiyası Braziliyanın ABŞ-ın milli təhlükəsinə və iqtisadi maraqlarına təhdid yaratdığını əsas gətirərək bu ölkəyə tətbiq olunan gömrük rüsumlarını 10 faizdən 50 faizə yüksəltmişdi.

İyulun 31-də da Lula da Silva ABŞ-ın qərarına sərt reaksiya verərək Trampı açıq şəkildə tənqid etməkdən çəkinməyəcəyini bildirib.

Tramp iyulun əvvəlində Lula da Silvaya məktub göndərərək, sabiq prezident Bolsonaroya qarşı məhkəmə prosesləri dayandırılmadığı halda, avqustun 1-dən etibarən Braziliyaya qarşı 50 faizlik gömrük rüsumu tətbiq edəcəyini bildirmişdi.

Məqalədə: #Braziliya #etiraz #ABŞ-Braziliya münasibətləri #Etiraz aksiyası #Donald Tramp Braziliya rüsum #Tramp Braziliya məhsullarına sanksiya #Braziliya ABŞ ticarət mübahisəsi #ABŞ Braziliya ticarət münasibətləri #Trampın Braziliyaya qarşı 50 faiz rüsum qərarı #ABŞ və Braziliya arasında gərgin ticarət siyasəti #Ağ Ev Braziliya daxili işlərinə qarışır #Trampın Braziliyaya qarşı ticarət hədəsi

Mövzu üzrə digər xəbərlər

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır
Qətər

Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır

29 Avqust 13:24
Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır
Fələstin

Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

28 Avqust 18:05
Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək
Digər Dövlətlər

Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

21 Avqust 22:06

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.