9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsraildə daxili gərginlik artır

İsrail mediasının məlumatına görə, Netanyahu Zamirdən Qəzza zolağının işğalı ilə bağlı planları yenidən işləyərək Nazirlər Kabinetinə təqdim etməyi tələb edib. Zamir isə planların artıq təqdim olunduğunu və əlavə risklərin nəzərə alınmalı olduğunu bildirib. Baş Qərargah rəisi bütün Qəzzanın işğalının İsrail üçün böyük təhlükə yaradacağını, girovların həyatı və ordunun mövqeyi baxımından riskləri artıracağını vurğulayıb.

6 Avqust 2025 10:13
İsraildə daxili gərginlik artır

BAKI, Azervoice, Nərmin Ağayeva

İsrail Baş Qərargah rəisi Eyal Zamir ilə baş nazir Benyamin Netanyahu arasında Qəzza zolağının tam işğalı planı və hərbi strategiyalar mövzusunda gərgin müzakirə baş verib.

Azervoice xəbər verir ki, İsrail mediasının məlumatına görə, Netanyahu Zamirdən Qəzza zolağının işğalı ilə bağlı planları yenidən işləyərək Nazirlər Kabinetinə təqdim etməyi tələb edib. Zamir isə planların artıq təqdim olunduğunu və əlavə risklərin nəzərə alınmalı olduğunu bildirib. Baş Qərargah rəisi bütün Qəzzanın işğalının İsrail üçün böyük təhlükə yaradacağını, girovların həyatı və ordunun mövqeyi baxımından riskləri artıracağını vurğulayıb.

Görüş zamanı Netanyahunun oğlu Yair Netanyahu Zamiri “çevriliş planı”nda ittiham edib. Zamir bu iddiaya cavab olaraq “müharibənin ortasında belə hücumlara niyə məruz qaldığını” soruşub. “Plan qəbul olunmazsa istefa təhdidlərini qəbul etmirəm, oğlum isə yetkin bir insandır” - deyə Netanyahu isə cavab verib.

Netanyahunun ofisi görüşdən sonra verdiyi açıqlamada İsrail Müdafiə Qüvvələrinin cümə axşamı toplanacaq təhlükəsizlik kabinetinin qərarlarını icra etməyə hazır olduğunu bildirib. İsrail mənbələri Netanyahunun Qəzzanın tam işğalı planını dəstəklədiyini, Zamirin isə buna qarşı çıxdığını təsdiqləyib.

Qeyd edək ki, bu gərginlik ABŞ-ın Qəzzaya humanitar yardım səylərini genişləndirmək planı ilə eyni vaxta təsadüf edir. New York Times yazır ki, ABŞ prezidenti Donald Tramp və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff Ağ Evdə Qəzzaya yardım əməliyyatlarının nəzarətinin ABŞ-a keçməsi planlarını müzakirə ediblər. Tramp administrasiyası İsrailin yardım prosesini zəif idarə etdiyini, aclıq böhranının dərinləşdiyini bildirərək, Körfəz ölkələri, İordaniya və Misir ilə birlikdə əməliyyatlara rəhbərlik etməyə hazırlaşır.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Donald Tramp #humanitar yardım #Fələstin-İsrail münaqişəsi #Stiven Uitkoff #Eyal Zamir #Qəzza zolağı əməliyyatları

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.