12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək

İsrailin Baş naziri Benyamin Netanyahu sabah yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzzanın tam işğalı planına razılıq verəcəyi gözlənilir.

6 Avqust 2025 18:44
Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək

BAKI, AzerVoice, Səməd Əyyubov – İsrailin Baş naziri Benyamin Netanyahu sabah yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək.

AzerVoice-un məlumatına görə, iclasda Qəzza zolağının tamamilə işğalı da daxil olmaqla bölgəyə qarşı hərbi hücum planları müzakirə olunacaq.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzzanın tam işğalı planına razılıq verəcəyi gözlənilir.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Miroslav Yença isə bildirib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını genişləndirməsi fəlakətli nəticələr doğura bilər.

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxış edən Yença, belə bir addımın son dərəcə narahatedici olduğunu, həm daha çox fələstinlinin, həm də HƏMAS-ın əlindəki israilli girovların həyatını təhlükəyə atacağını vurğulayıb.

Qeyd edək ki, Eyal Zamir ilə Benyamin Netanyahu arasında Qəzza zolağının tam işğalı planı və hərbi strategiyalar mövzusunda gərgin müzakirə baş verib. Netanyahu Zamirdən Qəzza zolağının işğalı ilə bağlı planları yenidən işləyərək Nazirlər Kabinetinə təqdim etməyi tələb edib. Zamir isə planların artıq təqdim olunduğunu və əlavə risklərin nəzərə alınmalı olduğunu bildirib. Baş Qərargah rəisi bütün Qəzzanın işğalının İsrail üçün böyük təhlükə yaradacağını, girovların həyatı və ordunun mövqeyi baxımından riskləri artıracağını vurğulayıb.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #iclas #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Qəzzada müharibədən sonrakı vəziyyət #Eyal Zamir

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.