9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp-Putin görüşü barədə proqnoz vermirik - Lavrov

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.

15 Avqust 2025 13:29
Tramp-Putin görüşü barədə proqnoz vermirik - Lavrov

BAKI, AzerVoice, Nailə Babazadə

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib.

AzerVoice xəbər verir ki, Rusiya XİN -in yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.

“Biz heç vaxt proqnoz vermirik. Bizim aydın arqumentlərimiz və mövqeyimiz var. Bunu izah edəcəyik.” - deyə Lavrov qeyd edib.

Nazir əlavə edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvaya səfərləri zamanı bir çox məsələlər müzakirə olunub. Lavrov həmçinin qeyd edib ki, Vitkoff bu mövqeləri həm Putin, həm də Tramp adından ifadə edib.

“Ümid edirəm ki, sabah bu faydalı dialoqu davam etdirəcəyik,” – deyə Lavrov əlavə edib.

Qeyd edək ki, bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək sammit, Ukrayna müharibəsinə son qoymaq üçün 7 aydır davam edən danışıqların ən kritik mərhələsi hesab olunur. Danışıqlardan atəşkəs qərarı çıxarsa, növbəti mərhələdə Ukrayna prezidenti Volodimir Zelenskinin də qatılacağı üçtərəfli sammitin İstanbulda keçirilməsi nəzərdə tutulur.

Putin görüşə xarici siyasət üzrə köməkçisi Yuri Uşakov, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Andrey Belausov, xarici investisiyalar üzrə köməkçisi Kiril Dmitriyev və maliyyə naziri Anton Siluanov kimi yüksək səviyyəli nümayəndələrlə qatılacaq. Analitiklər bu heyətin mövcudluğu danışıqlardan konkret nəticə gözləntilərini gücləndirir.

Tramp Avropa liderləri ilə videokonfrans zamanı bildirib ki, Putin atəşkəsi qəbul edərsə, dərhal Rusiya-Ukrayna liderləri ilə yeni görüş keçirməyi planlaşdırır. Bu sammitin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə İstanbulda keçirilməsi həm coğrafi, həm də diplomatik baxımdan əlverişli hesab olunur. İstanbul əvvəllər də (2022-ci ildə və sonrakı aylarda) tərəflər arasında birbaşa danışıqlara ev sahibliyi edib.

Məqalədə: #Vladimir Putin #Donald Tramp #Sergey Lavrov #Rusiya XIN #ABŞ Dövlət Departamenti #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Tramp administrasiyası #Tramp və Putin görüşü Riyad #Rusiya-Ukrayna müharibəsinin sonu #Tramp və Putin münasibətləri #Stiven Uitkoff #Qətər Rusiya Ukrayna sülh danışıqları

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.