7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsraillə hər an yeni müharibə başlaya bilər - İran

İranın dini lider Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, İsraillə yeni müharibə başlaya bilər və bunun ardınca bəlkə də başqa müharibə olmayacaq.

19 Avqust 2025 10:21
İsraillə hər an yeni müharibə başlaya bilər - İran

BAKI, AzerVoice, Fərid Mikayılov

İranın dini lider Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, İsraillə yeni müharibə başlaya bilər və bunun ardınca bəlkə də başqa müharibə olmayacaq.

AzerVoice xəbər verir ki, Səfəvinin sözlərinə görə, hazırda tərəflər arasında yazılı atəşkəs razılaşması yoxdur.

“Biz indi atəşkəsdə deyilik, sadəcə müharibənin fasilə mərhələsindəyik. ABŞ və İsrail güc yolu ilə sülh yaratmağa çalışır, lakin İran həm bölgədə, həm də qlobal miqyasda güclü olmalıdır”- deyə o bildirib.

O qeyd edib ki, İran ordusu bütün mümkün ssenarilərə hazırlaşır.

“Ən pis ssenarilər əsasında planlar qururuq. Ən yaxşı müdafiə hücumdur, müharibəyə hazırlıq isə sülhün təminatıdır”- deyə Səfəvi vurğulayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sədr müavini Əli Fədəvi isə bildirib ki, İsrail 12 günlük müharibədə yanlış hesablamalara yol verib.

“Onlar qələbəyə əmin idilər, lakin uğursuz oldular. ABŞ və İsrail bütün gücü ilə müharibəyə girdilər, amma nəticə əldə edə bilmədilər”- deyə Fədəvi bildirib.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref də oxşar mövqe sərgiləyib. Onun sözlərinə görə, hazırda ölkə rəsmi atəşkəsdə deyil.

Aref əlavə edib ki, İran münaqişələrin diplomatik yollarla həllini üstün tutur, lakin qarşı tərəfin danışıqlara sadiqliyindən əmin deyil.

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu isə İrana xəbərdarlıq edərək bildiriblər ki, Tehran uranın zənginləşdirilməsini bərpa edəcəyi halda yeni zərbələr endiriləcək.

Məqalədə: #İsrail #İran #ABŞ #SEPAH #İsrail və İran gərginliyi #ABŞ-İsrail ortaq strategiyası #İranın nüvə proqramı #İran–ABŞ danışıqları #İsrailin İran hücumu #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İslam İnqilabı Keşikçiləri Korpusu

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

İraqda məzhəbçi çağırışlar edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırışlar edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.