14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putinin sülh planı Ukraynadan sərt güzəştlər tələb edir

Alyaskadan sızan məlumatlara görə, Rusiya Donetsk və Luqanskdan ibarət Donbas bölgəsinə tam nəzarət etmək istəyir. Hazırda Luqanskin böyük hissəsini ələ keçirən Moskva Donetskin 6600 kvadrat kilometr ərazisinin də nəzarətinə iddia edir. Bunun əvəzində Rusiya Xarkov və Sumı vilayətlərində işğal etdiyi təxminən 450 kvadrat kilometrdən geri çəkilməyə hazır olduğunu bildirir. Həmçinin Xerson və Zaporojya vilayətlərindəki cəbhə xəttinin sərhəd kimi tanınmasını təklif edir.

19 Avqust 2025 11:01
Putinin sülh planı Ukraynadan sərt güzəştlər tələb edir

BAKI, AzerVoice, Nərmin Ağayeva

Alyaska sammitindən sonra Rusiya prezidenti Vladimir Putinin sülh planı Ukrayna üçün sərt şərtlər irəli sürür, ABŞ prezidenti Donald Tramp isə bu tələblərə müsbət yanaşaraq təklifləri Ukrayna lideri Vladimir Zelenskiyə təqdim edib.

AzerVoice xəbər verir ki, Alyaskadan sızan məlumatlara görə, Rusiya Donetsk və Luqanskdan ibarət Donbas bölgəsinə tam nəzarət etmək istəyir. Hazırda Luqanskin böyük hissəsini ələ keçirən Moskva Donetskin 6600 kvadrat kilometr ərazisinin də nəzarətinə iddia edir. Bunun əvəzində Rusiya Xarkov və Sumı vilayətlərində işğal etdiyi təxminən 450 kvadrat kilometrdən geri çəkilməyə hazır olduğunu bildirir. Həmçinin Xerson və Zaporojya vilayətlərindəki cəbhə xəttinin sərhəd kimi tanınmasını təklif edir.

Moskvanın digər tələbləri Ukraynanın NATO üzvlüyündən imtina etməsi, rus dilinin ikinci rəsmi dil elan olunması və Moskva Patriarxlığına bağlı kilsənin sərbəst fəaliyyətinə icazə verilməsidir. Rusiya, həmçinin, 2014-cü ildən işğal etdiyi Krım yarımadasını danışıqlardan kənar saxlayaraq, onun rəsmi şəkildə Rusiya ərazisi kimi tanınmasını tələb edir.

ABŞ prezidenti Tramp “mən bunu qəbul edərdim” sözləri ilə Putinin planına dəstək ifadə edib. Lakin Ukrayna prezidenti Vladimir Zelenski bu tələbləri qəbul etməyəcəyini bildirib:. “Ukraynanı sülh istəməyən tərəf kimi göstərməyə çalışırlar. Bizdən mümkün olmayan güzəştlər tələb edirlər. Mən Konstitusiyaya görə bir qarış torpağı belə verə bilmərəm. Sülh yalnız hazırda cəbhə xətti ilə müəyyən olunmuş ərazilərə əsaslana bilər” - deyə qeyd edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibənin bitməsi üçün müxtəlif vasitəçilərin təşəbbüslərinə baxmayaraq, tərəflərin mövqeləri hələ də kəskin fərqlənir.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #NATO #Alyaska #Rusiya-Ukrayna münaqişəsi #Ukraynanın NATO üzvlüyü məsələsi

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

13 Sentyabr 15:22

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.