12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ rəsmiləri Putinlə Zelenskinin görüşünü təşkil etməyə çalışır – Ağ Ev

ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

19 Avqust 2025 21:50
ABŞ rəsmiləri Putinlə Zelenskinin görüşünü təşkil etməyə çalışır – Ağ Ev

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin xüsusi elçisi Stiven Uitkoff Rusiya və Ukrayna ilə əlaqələri koordinasiya edəcək və yaxın zamanda Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşünün təşkilinə çalışacaqlar.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

“Prezident Tramp prezident Putinlə telefon danışığında sülh prosesinin növbəti mərhələsinə – prezident Putin və prezident Zelenskinin görüşünə razılıq verib. Zərurət yaranarsa, bu görüşdən sonra Trampın iştirakı ilə üçtərəfli formatda danışıqlar da keçirilə bilər”, – deyə Livitt bildirib.

Onun sözlərinə görə, vitse-prezident Vens, dövlət katibi Rubio və xüsusi elçi Uitkoff görüşün baş tutması üçün Moskva və Kiyevlə koordinasiyanı davam etdirəcəklər.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə Donald Tramp, Volodimir Zelenski, Finlandiya prezidenti Aleksander Stubb, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, İtaliya baş naziri Corcia Meloni, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO baş katibi Mark Rütte arasında görüş keçirilib. ABŞ lideri bunun ilk dəfə belə geniş tərkibdə təşkil olunduğunu və mövzunun əhəmiyyətini göstərdiyini vurğulayıb.

Görüş zamanı Tramp həmçinin Vladimir Putinlə də telefonla danışıb. Ağ Evin məlumatına görə, tərəflər Putinlə Zelenski arasında mümkün görüşü, eləcə də üçtərəfli danışıqlar imkanlarını müzakirə ediblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Vaşinqton və Moskva Kiyev ilə birbaşa məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyib və onların daha yüksək səviyyədə keçirilməsi variantını nəzərdən keçirib.

Məqalədə: #Rusiya #ABŞ #Moskva #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Ağ Ev #Vaşinqton #Marko Rubio #Telefon danışığı #Stiven Uitkoff #Cey Di Vens

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.