7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Elon Maskın Amerika Partiyası planları təxirə salınıb

Milyarder iş adamı Elon Mask ABŞ-da üçüncü siyasi qüvvə kimi təsis etməyi planlaşdırdığı “Amerika Partiyası” layihəsini hələlik dayandırıb. Buna səbəb kimi respublikaçı seçicilərin parçalanması riski və vitse-prezident J.D. Venslə münasibətlərə xələl gəlməsi ehtimalı göstərilir. Wall Street Journal-ın məlumatına görə, Mask diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib. O, respublikaçı elektoratın parçalanmasının qarşısını almaq və Venslə münasibətləri qorumaq üçün partiya planlarından geri çəkilib. Rəsmilər bildiriblər ki, milyarder gələcəkdə – xüsusilə 2028-ci ildə prezident seçkilərində Vensin namizədliyi halında ona maliyyə dəstəyi verməyi nəzərdən keçirir.

20 Avqust 2025 16:28
Elon Maskın Amerika Partiyası planları təxirə salınıb

BAKI, AzerVoice, Nərmin Ağayeva

Elon Maskın “Amerika Partiyası” planları təxirə salınıb.

AzerVoice xəbər verir ki, milyarder iş adamı Elon Mask ABŞ-da üçüncü siyasi qüvvə kimi təsis etməyi planlaşdırdığı “Amerika Partiyası” layihəsini hələlik dayandırıb. Buna səbəb kimi respublikaçı seçicilərin parçalanması riski və vitse-prezident J.D. Venslə münasibətlərə xələl gəlməsi ehtimalı göstərilir.

Wall Street Journal-ın məlumatına görə, Mask diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib. O, respublikaçı elektoratın parçalanmasının qarşısını almaq və Venslə münasibətləri qorumaq üçün partiya planlarından geri çəkilib. Rəsmilər bildiriblər ki, milyarder gələcəkdə – xüsusilə 2028-ci ildə prezident seçkilərində Vensin namizədliyi halında ona maliyyə dəstəyi verməyi nəzərdən keçirir.

Mask iyulun sonunda üçüncü tərəf kampaniyaları təşkil edən qrupla planlaşdırılan görüşü də təxirə salıb. Qeyd edək ki, iş adamı yeni partiyanın əsas prioritetlərindən birinin Ceffri Epstein işi ilə bağlı sənədlərin ictimaiyyətə açıqlanması olacağını bildirmişdi.

Xatırladaq ki, Mask və hazırkı prezident Donald Tramp arasında münasibətlər də son dövrlər gərginləşib. Tramp milyarderin vergi endirimləri ilə bağlı açıqlamalarından məyus olduğunu deyib. Mask isə cavabında “Mən olmasaydım, Tramp seçkiləri uduzardı” sözlərini yazaraq münasibətlərdəki gərginliyi açıq şəkildə nümayiş etdirib.

Məqalədə: #ABŞ #İlon Mask #Maskın hökumətlə əlaqəsi #Mask və Tramp administrasiyası #Maskın siyasi təsiri #ABŞ-ın vitse-prezidenti J.D. Vance #Ceffri Epşteyn #Tramp-Mask münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.