9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Makronun Türkiyə açıqlaması Yunanıstanda narazılıq yaradıb

Makron, Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən sonra Avropa ölkələri və Türkiyənin iştirakı ilə əlavə görüşün keçirilməsini təklif edib.

21 Avqust 2025 14:23
Makronun Türkiyə açıqlaması Yunanıstanda narazılıq yaradıb

BAKI,AzerVoice, Fərid Mikayılov

Fransa Prezidenti Emmanuel Makronun Avropanın təhlükəsizliyi üçün Türkiyənin də masada olması barədə açıqlaması Yunanıstanda etirazla qarşılanıb.

AzerVoice xəbər verir ki, keçmiş Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Makronun sözlərinə sərt reaksiya verərək “veto” ilə hədələyib.

Makron, Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən sonra Avropa ölkələri və Türkiyənin iştirakı ilə əlavə görüşün keçirilməsini təklif edib.

Makronun bu sözləri isə Yunanıstan tərəfini qəzəbləndirib. Pavlopulos açıqlamasında Türkiyəni Kiprdə “işğalçı dövlət” adlandırıb və Ankaranın Avropadakı nüfuzunun artmasından narahatlığını ifadə edib.

O, Makronun Türkiyəni Avropa müdafiə sisteminə daxil etmə ideyasına qarşı çıxıb.

“Əgər Aİ ölkələri bu reallığı görməzdən gəlsə, Yunanıstan və Kipr veto hüququndan istifadə etməyə məcbur olacaq. Bu veto, Türkiyənin Avropa Müdafiəsinə hər hansı formada qoşulmasının qarşısını almaq üçün əsas şərt kimi qəbul edilməlidir”- deyə o bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Makron dəfələrlə Avropanın təhlükəsizlik mexanizmlərinin gücləndirilməsində Türkiyənin rolunu vurğulayıb. Lakin Kipr məsələsi səbəbilə Yunanıstan və Kipr, Ankaranın Avropa müdafiəsinə inteqrasiyasına qarşı çıxır.

Məqalədə: #Türkiyə #Rusiya #Moskva #Fransa #Ankara #Yunanıstan #Ukrayna #Emmanuel Makron #Paris #Kiyev #Ukrayna-Rusiya müharibəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.