14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniyadan öz vətəninə dönən suriyalı qaçqınların sayı artır

Almaniyadan Suriyaya qayıdan qaçqınların sayı, keçmiş prezident Bəşşar Əsəd rejiminin devrilməsindən sonra yavaş-yavaş artır. Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun sonunadək 1 867 suriyalı qaçqın hökumətin maliyyələşdirdiyi proqram çərçivəsində vətəninə dönüb. Müqayisə üçün, may ayının sonunadək bu dəstəkdən cəmi 804 nəfər istifadə etmişdi. Bundan əlavə, Almaniyanın bəzi əyalətləri də Suriyaya dönüşü maliyyələşdirən xüsusi proqramlar təqdim edir. Dövlət dəstəyi olmadan könüllü şəkildə qayıdan suriyalılar da var. Əsədin 8 dekabr gecəsi devrilməsindən sonra geri dönüşlər əsasən qonşu ölkələrdən – Türkiyə, Livan, İordaniya və İraqdan həyata keçirilib.

7 Sentyabr 2025 11:42
Almaniyadan öz vətəninə dönən suriyalı qaçqınların sayı artır

BAKI, AzerVoice, Səməd Əyyubov

Almaniyadan Suriyaya qayıdan qaçqınların sayı, keçmiş prezident Bəşşar Əsəd rejiminin devrilməsindən sonra yavaş-yavaş artır.

AzerVoice xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun sonunadək 1 867 suriyalı qaçqın hökumətin maliyyələşdirdiyi proqram çərçivəsində vətəninə dönüb.

Müqayisə üçün, may ayının sonunadək bu dəstəkdən cəmi 804 nəfər istifadə etmişdi. Bundan əlavə, Almaniyanın bəzi əyalətləri də Suriyaya dönüşü maliyyələşdirən xüsusi proqramlar təqdim edir. Dövlət dəstəyi olmadan könüllü şəkildə qayıdan suriyalılar da var.

Əsədin 8 dekabr gecəsi devrilməsindən sonra geri dönüşlər əsasən qonşu ölkələrdən – Türkiyə, Livan, İordaniya və İraqdan həyata keçirilib.

“World Vision Almaniya” təşkilatının idarə heyətinin üzvü Yanin Litmayyer bildirib ki, xüsusilə ailələr üçün bu qərarı vermək çox çətindir. O, avqust ayında Suriyada səfərdə olduğunu qeyd edərək, Dəməşq mərkəzində müşahidə edilən nisbətən normal vəziyyətin ölkənin digər bölgələrindəki ağır şərtlərlə kəskin ziddiyyət təşkil etdiyini vurğulayıb. Bu isə qayıdanların doğma şəhərlərində sabitlik tapmasını çətinləşdirir.

Nazirliyin açıqlamasına əsasən, ötən il 83 min 150 keçmiş Suriya vətəndaşı Almaniya vətəndaşlığı alıb. Cari il üzrə göstəricilər isə hələ açıqlanmayıb.

Digər tərəfdən, suriyalıların Almaniyaya axını davam edir. Bu ilin yanvar–avqust ayları ərzində 17 min 650 nəfər Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə sığınacaq üçün müraciət edib.

Məqalədə: #Türkiyə #Livan #İordaniya #Dəməşq #Bəşşar Əsəd rejimi #Almaniya Federal Daxili İşlər Nazirliyi #Dövlət dəstəyi #Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə #Yanin Litmayyer #Bəşşar Əsəd rejiminin devrilməsi

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.