10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Polşa hava məkanını pozan Rusiya dronlarını vurub

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib

10 Sentyabr 2025 11:45
Polşa hava məkanını pozan Rusiya dronlarını vurub

BAKI,AzerVoice, Fərid Mikayılov

Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, mməliyyat komandanlığı hadisəni “Polşa hava məkanının misilsiz pozuntusu” və “vətəndaşların təhlükəsizliyinə yönəlmiş real hücum” kimi qiymətləndirib.

Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib.

Tusk, NATO Baş katibi Mark Rutte ilə daimi təmasda olduğunu vurğulayaraq, məsələnin alyans çərçivəsində diqqətlə izlənildiyini qeyd edib.

Polşa ordusu hava məkanını “dəfələrlə pozan” PUA-ların vurulduğunu təsdiqləyib. Vurulan obyektlərin axtarışı və qalıqların toplanması üzrə əməliyyatlar davam edir.

Polşadakı hadisə, Ukraynanın qərb bölgələrində – Volın və Lvovda – Rusiyanın raket və dron hücumları ilə eyni vaxtda baş verib.

Bir gün öncə isə Rusiya ordusuna məxsus idarəolunan bomba Ukraynanın şərqində pensiya almaq üçün növbədə dayanan mülki şəxsləri hədəf almış, azı 24 nəfər həlak olmuşdu.

2022-ci ildə Ukrayna raketi Polşanın cənubundakı bir kəndə düşərək iki nəfərin ölümünə səbəb olmuşdu.

2024-cü ilin iyulunda Rusiya hərbi dronu Polşanın şərqində qarğıdalı tarlasına düşərək partlamış, Polşa Müdafiə Nazirliyi bunu “provokasiya” kimi dəyərləndirmişdi.

Məqalədə: #Rusiya #Ukrayna #NATO #Polşa #Mark Rutte #PUA hücumu #Rusiya-Ukrayna münaqişəsi #Rusiya-Ukrayna müharibəsi #Donald Tusk #Dronların aşkarlanması #Varşava

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.