6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rubio İsrailə səfər edib

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib. AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib. Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.

14 Sentyabr 2025 14:48
Rubio İsrailə səfər edib

BAKI, AzerVoice, Səməd Əyyubov

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib.

Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.

“Baş verənlər artıq geridə qaldı. Aydındır ki, biz bu vəziyyətdən məmnun deyilik, prezident də razı deyil. Amma bu, israillilərlə münasibətlərimizin mahiyyətini dəyişməyəcək. Lakin müzakirə olunmalı məsələlər var, xüsusilə bunun atəşkəs cəhdlərinə necə təsir göstərəcəyi” - deyə, o qeyd edib.

Diplomat əlavə edib ki, münaqişənin sonrakı mərhələlərinə diqqət yönəltmək vacibdir: “Axırda hər şey başa çatanda, hələ də ‘HƏMAS’ adlanan bir qrup mövcud olacaq.”

Qeyd edək ki, Qətər uzun müddətdir ABŞ və Misirlə birlikdə Qəzza zolağında atəşkəsə nail olmaq üçün vasitəçi rolunu oynayır. Doha həmçinin HƏMAS ilə İsrail arasında dolayı danışıqlara ev sahibliyi edir. Lakin İsrailin son hava zərbələri Qətərin kəskin etirazına səbəb olub və atəşkəs səylərini daha da mürəkkəbləşdirib.

Məqalədə: #İsrail #ABŞ #Misir #Qətər #Donald Tramp #HƏMAS #Marko Rubio #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS İsrail münaqişəsi #İsrail HƏMAS liderlərini hədəf aldı #HƏMAS İsrail hücumu #İsrail hücumu HƏMAS #İsrail HƏMAS sui-qəsd

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.