5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

NATO, Rusiyanın Estoniyanın hava məkanını pozmasını qınayıb

NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.

23 Sentyabr 2025 16:44
NATO, Rusiyanın Estoniyanın hava məkanını pozmasını qınayıb

BAKI,AzerVoice, Fərid Mikayılov

NATO, Rusiyaya məxsus hərbi təyyarələrin Estoniyanın hava məkanını pozması ilə bağlı kəskin reaksiya verib.

AzerVoice xəbər verir ki, alyans, bunun Moskvanın “getdikcə artan məsuliyyətsiz davranışlarının” bir nümunəsi olduğunu bildirib.

NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.

NATO-nun yazılı bəyanatında bildirilib ki, alyansın reaksiyası sürətli və qəti olub – müttəfiq təyyarələr dərhal havaya qalxaraq rus qırıcılarını Estoniya hava məkanından uzaqlaşdırıb.

Bəyanatda bu insidentin Rusiyanın “təxribat xarakterli və təhlükəli hərəkətlərinin” davamı olduğu qeyd olunub. Son iki həftədə NATO artıq ikinci dəfə alyansın 4-cü maddəsi əsasında toplandığı vurğulanıb.

Eyni zamanda Finlandiya, Latviya, Litva, Norveç və Rumıniyanın da yaxın zamanda oxşar hava məkanı pozuntuları ilə üzləşdiyi xatırladılıb və bütün müttəfiqlərlə tam həmrəylik ifadə olunub.

NATO bəyan edib ki, Rusiyanın bu addımları yanlış hesablamalara yol aça bilər və dərhal dayandırılmalıdır. Alyansın cavablarının güclü olacağı, xüsusən hava hücumundan müdafiə sahəsində çəkindirici və müdafiə imkanlarının artırılacağı vurğulanıb.

“Rusiyanın heç bir şübhəsi olmamalıdır. NATO və müttəfiqlər beynəlxalq hüquq çərçivəsində özümüzü qorumaq və hər istiqamətdən gələ biləcək təhdidlərin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək”, – deyə bəyanatda qeyd olunub.

Məqalədə: #Rusiya #Moskva #Rumıniya #Latviya #NATO #Estoniya #Brüssel #Norveç #Finlandiya #SACEUR #MiG-31 qırıcı təyyarəsi

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.