6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İtaliyada İslam simvollarına qadağa genişlənir

İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi. İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

10 Oktyabr 2025 10:11
İtaliyada İslam simvollarına qadağa genişlənir

BAKI, AzerVoice, Nailə Babazadə

İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi.

AzerVoice xəbər verir ki, İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Baş nazir Giorgia Meloninin partiyasından olan millət vəkilləri tərəfindən parlamentə təqdim olunan layihə, ölkə üzrə bütün ictimai yerlərdə — məktəblərdə, universitetlərdə, mağazalarda və ofislərdə — üzü örtən geyimlərin qadağan olunmasını nəzərdə tutur. Qanunu pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Layihənin mətnində qanunun "dini radikallaşma və dini motivli nifrətlə mübarizə məqsədi daşıdığı" qeyd olunub.

Fransa 2011-ci ildə ictimai yerlərdə niqab geyinməyi ümumilikdə qadağan edən ilk Avropa ölkəsi olmuşdu. Daha sonra bir sıra digər Avropa ölkələri də eyni yolu izləyib.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2017-ci ildə bu cür qadağaları təsdiqləmiş və "dövlətlərin cəmiyyətdə birgəyaşayışı qorumaq məqsədilə bu tip geyimləri məhdudlaşdıra biləcəyinə" qərar vermişdi.

İtaliyanın şimalındakı Lombardiya bölgəsində artıq 2015-ci ilin sonlarından etibarən dövlət binalarına və xəstəxanalara üzü örtülü şəkildə daxil olmağa qadağa qoyulmuşdu. Bu kimi bölgələrdə artıq müəyyən məhdudiyyətlər mövcuddur.

Qanun layihəsi yalnız üz örtüklərini deyil, həm də İtaliya dövləti ilə rəsmi müqaviləsi olmayan dini təşkilatlara yeni maliyyə şəffaflığı tələbləri də gətirir.

Hazırda heç bir İslam təşkilatının bu cür rəsmi müqaviləsi yoxdur, bu da İslam dinini İtaliyada rəsmi tanınmış 13 digər dini qrupdan fərqli olaraq, rəsmi tanınmadan məhrum edir.

Qeyd olunan qanun layihəsi hazırda parlamentin bir komissiyasında araşdırılır və bu yeni qanun təklifinin digər qanunlarla birləşdirilib-birləşdirilməyəcəyi hələ məlum deyil. Koalisiyanın parlamentdə güclü çoxluğa sahib olması isə bu cür qanunların dəstək ala biləcəyini göstərir.

Məqalədə: #İtaliya #Giorgia Meloni #hicab #Hicablı qadınlara hücumlar #15 yaşdan kiçiklərə hicab yasağı #Niqab qadağası #İslam və dövlət münasibətləri #Dini azadlıqlar #Avropa ölkələrində niqab #İslam simvolları Avropada

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Yaxın Şərq

Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

29 Avqust 20:48

Son Xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.