13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan 48 saatlıq atəşkəs elan edib

Pakistan Xarici İşlər Nazirliyi, Əfqanıstanla sərhəddə son günlərdə artan gərginliyin ardından 48 saatlik müvəqqəti atəşkəs elan edib. Pakistan Ordusunun İctimai Əlaqələr İdarəsinin (ISPR) məlumatına görə, Əfqan qüvvələrinin Hayber Paxtunxva ərazisindəki sərhəd postlarına hücumuna cavab olaraq altı tank məhv edilib və 25–30 nəfərin öldüyü ehtimal olunur.

15 Oktyabr 2025 17:32
Pakistan 48 saatlıq atəşkəs elan edib

BAKI, AzerVoice, Fərid Mikayılov

Pakistan Xarici İşlər Nazirliyi, Əfqanıstanla sərhəddə son günlərdə artan gərginliyin ardından 48 saatlıq müvəqqəti atəşkəs elan edib.

AzerVoice xəbər verir ki, qərar, Əfqanıstan hakimiyyətinin atəşkəs təşəbbüsü ilə razılaşdırılıb.

Pakistan ordusu Əfqan qüvvələrinə məxsus bir neçə hərbi post və tankı məhv etdiyini açıqlayıb. Hadisə, Spin Boldak (Əfqanıstan) və Çaman (Pakistan) sərhəd bölgələrində baş verib.

Pakistan Ordusunun İctimai Əlaqələr İdarəsinin (ISPR) məlumatına görə, Əfqan qüvvələrinin Hayber Paxtunxva ərazisindəki sərhəd postlarına hücumuna cavab olaraq altı tank məhv edilib və 25–30 nəfərin öldüyü ehtimal olunur.

Əfqan tərəfi isə sosial mediada Pakistan ordusuna məxsus texnikanın ələ keçirildiyi iddiasını yayaraq qələbə təəssüratı yaratmağa çalışıb. Lakin Pakistan rəsmiləri bu görüntüləri “saxta və əsassız” adlandırıb.

Pakistan ordusunun mətbuat xidməti Hindistanı da “təxribatçı bəyanatlar” verməkdə ittiham edib.

Açıqlamada bildirilir ki, Yeni Dehlinin Bihar və Qərbi Benqal ştatlarında keçiriləcək seçkilər ərəfəsində səsləndirdiyi hərbi ritorika regionun sabitliyini təhdid edir.

Pakistan və Əfqanıstan arasında son gərginlik Talibanın 2021-ci ildə hakimiyyəti ələ keçirməsindən sonra yeni səviyyəyə yüksəlib.

İslamabad hökuməti Talibanın Pakistan Talibanı (TTP) adlı silahlı qruplaşmaya qarşı tədbir görmədiyini bildirir.

Pakistan rəsmiləri TTP-nin Əfqanıstan ərazisində mövqe tutduğunu, oradan ölkə daxilinə hücumlar təşkil etdiyini vurğulayır. Kabil isə bu iddiaları rədd edir və TTP-nin öz ərazilərində fəaliyyət göstərmədiyini bildirir.

Məqalədə: #Pakistan #Əfqanıstan #Hindistan #Taliban #Pakistan-Əfqanıstan sərhədi #Pakistan Əfqanıstan sərhədi təhlükəsizliyi #Əfqanıstan-Pakistan münasibətləri #Pakistan-Əfqanıstan #Pakistan və Əfqanıstan arasında gərginlik

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.