5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Livan ordusu məşhur narkobaron Nuh Zəytəri həbs edib

Livan ordusu ölkənin ən təhlükəli cinayətkarlarından biri hesab olunan və Bekaa vadisindəki narkotik şəbəkələrinə rəhbərlik etdiyi iddia olunan Nuh Zəytərin əməliyyat nəticəsində həbs edildiyini açıqlayıb.

21 Noyabr 2025 04:00
Livan ordusu məşhur narkobaron Nuh Zəytəri həbs edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Livan ordusu ölkənin ən təhlükəli cinayətkarlarından biri hesab olunan və Bekaa vadisindəki narkotik şəbəkələrinə rəhbərlik etdiyi iddia olunan Nuh Zəytərin əməliyyat nəticəsində həbs edildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, ordudan verilən məlumata görə, Zəytər cümə axşamı Kneisse–Baalbək yolu üzərində qurulan pusqu zamanı ələ keçirilib. O, narkotik ticarəti, xüsusilə kaptaqon istehsalı və qaçaqmalçılığı ilə əlaqədə ittiham olunur.

Zəytər illərlə təhlükəsizlik qüvvələrindən yayınırdı. 2014-cü ildə təhlükəsizlik qüvvələri ilə qarşıdurma zamanı yaralanaraq aparıldığı xəstəxanadan qaçmış, 2021-ci ildə isə hərbi məhkəmə tərəfindən qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmişdi. O, həmçinin İnterpol tərəfindən axtarışda idi.

ABŞ və Avropa rəsmiləri Zəytərin kaptaqon şəbəkəsinin Hizbullah və Suriya rejiminin keçmiş strukturları ilə əlaqəli olduğunu bildirir. O isə iddiaları rədd edir və siyasi motivli "uydurma" adlandırır.

Zəytərin vəkili Əşrəf Musəvi bildirib ki, Zəytər müxtəlif orderlərlə axtarılır və çoxu ömürlük cəza nəzərdə tutur.

“O, narkotik əkini və ticarəti ilə bağlı məsuliyyət daşıyır, lakin orduya qarşı silahlı müqavimət göstərməyib.”-o, deyib.

Ordunun məlumatına görə, Zəytər əməliyyat zamanı müqavimət göstərmədən təslim olub.

Zəytər eyni adlı klanın üzvüdür və ailə bölgədə silahlı qarşıdurmalar, silah qaçaqmalçılığı və narkotik ticarəti ilə tanınır. Yerli mənbələr onu Bekaa bölgəsində "mafiya bosu"na bənzədir və yüzlərlə ailənin dolanışığının onun şəbəkəsindən asılı olduğunu bildirir.

Mütəxəssislərin fikrincə, Zəytərin gücü qəbilə ittifaqları, korrupsiya və xüsusilə Hizbullahın siyasi himayəsi ilə formalaşıb.

Həbslə nəticələnən əməliyyat, ordunun Baalbəkdə Cəfər klanının silahlı qrupları ilə toqquşmasından cəmi 48 saat sonra baş tutub. Qarşıdurma zamanı iki hərbçi həlak olub, bir neçə nəfər yaralanıb, axtarışda olan Hüseyn Abbas Cəfər öldürülüb.

Məqalədə: #narkotik ticarəti #Livan ordusu #Livan ordusu və Hizbullah qarşıdurması #Bekaa vadisi #narkotik şəbəkələri #Nuh Zəytər #narkobaron #kaptaqon

Mövzu üzrə digər xəbərlər

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri
Livan

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

29 Avqust 22:42
İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır
Livan

İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

28 Avqust 18:12
İsrailin Livana zərbələri davam edir
Livan

İsrailin Livana zərbələri davam edir

27 Avqust 09:42
Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

27 Avqust 03:00

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.