Türkiyədə 7 min jandarmanın iştirakı ilə əməliyyat keçirilib
Türkiyənin 24 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi və çətənə (kannabis) yetişdirilməsi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 138 şübhəli saxlanılıb, külli miqdarda narkotik vasitə və milyonlarla çətənə kökü aşkarlanaraq məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib.
Livan ordusu məşhur narkobaron Nuh Zəytəri həbs edib
Livan ordusu ölkənin ən təhlükəli cinayətkarlarından biri hesab olunan və Bekaa vadisindəki narkotik şəbəkələrinə rəhbərlik etdiyi iddia olunan Nuh Zəytərin əməliyyat nəticəsində həbs edildiyini açıqlayıb.